Accessibility links

30 il əvvəl "Xalqın Gücü" inqilabının devirdiyi Filippinin sabiq diktatoru Ferdinand Markos bu gün təntənə ilə dəfn edilib.

Mərasim Manilanın "Qəhrəmanlar qəbristanlığı"nda təntənəli geyimli əsgərlərin 21 dəfə atdığı atəş sədaları ilə başlayıb.

İnsan haqları qurbanlarından ibarət müxalifətin etirazına baxmayaraq, Filippinin Ali Məhkəməsinın keçən həftə çıxardığı qərara əsasən diktator Markosun "Qəhrəmanlar qəbristanlığı"nda dəfninin mümkün olduğu bildirilib.

Filippin prezidenti Rodriqo Duterte müxalifətin tələbini rədd edərək, sabiq diktatorun həmin qəbristanlıqda dəfninə icazə verib. Etirazların qarşısının alınması məqsədilə cənab Markosun cəsədi Manilaya gizli gətirilib.

Minlərlə polisin və əsgərin mühafizə etdiyi qəbiristanlıqda etirazçılara rast gəlinməyib.

Devrilməsindən sonra Havaydə sürgündə olan Ferdenand Markos 1989-cü ildə vəfat etmiş və onun cəsədi 1993-cü ildə vətəninə, Filippinin Batak şəhərinə gətirilmişdi. O vaxtdan bəri sabiq diktatorun şüşə tabuta qoyulan cəsədi turistlərin tamaşa obyektinə çevrilmişdi.

XS
SM
MD
LG