Accessibility links

Marmot ABŞ-da qışın altı həftə uzanacağını proqnozlaşdırdı

  • Amerikanın səsi

Marmot ABŞ-da qışın altı həftə uzanacağını proqnozlaşdırdı

Marmot ABŞ-da qışın altı həftə uzanacağını proqnozlaşdırdı

Pennsilvaniya ştatında Panksatoni qəsəbəsinin balaca xəz dərili sakini qışın əlavə altı həftə davam edəcəyini proqnozlaşdırıb.

Panksatoni Fil adlanan marmot hər il olduğu kimi bu gün sübh çağı rahat uyuduğu ağac kötüyündən çıxarılıb.

Minlərlə adam ənənəvi Marmot Gününü qeyd etmək üçün toplaşıblar.

Ənənəyə görə əgər Fil öz kölgəsini görsə, onda qış altı ay çəkəcək. Əgər görməsə, onda yazın tezliklə gələcəyi gözlənilir.

Əgər Fil 2012-ci il proqnozlarında yanılmırsa, onda havaların iki aydır ki, isti keçdiyi ABŞ-da qış mövsümü yaşanılacaq.

XS
SM
MD
LG