Accessibility links

ABŞ fəza gəmisi Marsın yuxarı atmosferində araşdırma aparmaq üçün bu planetə çatıb.

"Mars Atmosphere and Volatile Evolution" və ya MAVEN adlanan gəmi planetə çatmaq üçün 10 ay ərzində 711 milyon kilometr məsafə qət edib.

Fəza gəmisi Mars planetinin atmosferindən çıxan qazların dərəcəsini ölçəcək.

Missiyanın elmi rəhbəri Brus Cakoski bildirib ki, məqsəd son bir neçə milyard ildə Marsda iqlim dəyişikliyinin səbəblərini araşdırmaqdır.

MAVEN-nin Marsa yerləşməsi və cihazları araşdırma üçün hazır vəziyyətə gətirməsi altı həftə çəkəcək. Missiya bir il davam edəcəyi və 671 milyon dollara başa gələcəyi gözlənilir.

Hazırda bundan başqa Marsın orbitində ikisi Amerika və biri Avropadan olmaqla üç fəza gəmisi fəaliyyət göstərir. Bununla yanaşı Hindistanın fəza gəmisinin çərşənbə günü Marsa çatacağı bildirilib.

Daha ətraflı sentyabr ayının 26-sı veb saytımızda yayımlanacaq Dünyaya Baxış proqramında tanış ola bilərsiz.

XS
SM
MD
LG