Accessibility links

NASA: Marsda su var [Video]


Alimlər Marsda nə vaxtsa suyun olduğunu uzun müddətdir bilirdi. Ancaq iqlimdə baş verən dəyişikliklərin planetdə quraqlığa səbəb olduğunu düşünürdülər. Bazar ertəsi günü NASA alimləri qırmızı planetdə əvvəlkindən daha çox su olduğunu sübut edəcək dəlilərin olduğunu elan ediblər.

Cim Qrin: “Cihazlar havada bizim düşündüyümüzdən daha çox rütubət olduğunu qeydə alıb. Torpaq qatını tədqiq etdikdə onun nəm, su ilə dolu olduğunu gördük.”

Alimlər İllərdir Marsın yamaclarında gah meydana çıxan, gah da itən parlaq zolaqları tədqiq edir. NASA cihazlarının topladığı məlumat əsasında aparılmış tədqiqatlar nəticəsində bu tünd zolaqlarda yay vaxtı suyun toplandığı müşahidə edilib.

Maykl Meyer: “Biz suyun haradan gəldiyini bilmirik və ola bilsin ki, yerin altında gizli su mənbəyi var. Lakin bizim bu haqda heç bir təsəvvürümüz yoxdur və yəqin ki bu bizim həll etməli olacağımız növbəti tapmacadır.”

Buna və digər suallara cavablar beş ildən sonra Nasanın daha böyük tədqiqat aparatının Marsdan torpaq nümunələrini gətirdiyi vaxt verilə bilər. Suyun kəşfi planetdə canlı orqanizmlərin olduğuna dəlalət edə bilər.

Bu həmçinin gələcəkdə fəzaya kosmik səyahətləri asanlaşdıracaq.

Con Qrunsfild: “Suyun olması bilirsiz nə deməkdir- Hidrogen və Oksigen. Biz raket yanacağını bundan düzəldirik.”

NASA-nın planetdə suyun aşkar edilməsi xəbəri "Marslı" adlı yeni filmin ekfranla çıxmasından sonra yayılıb. Filimdə aktyor Matt Deymon Marsdə qalmış astronavt rolunu ifa edir. Rejissor Skot Ridlinin elmi-fantastik məzmunlu filmi populyar kitaba əsasən çəkilib. Filmin planetə olan marağı daha da artıracağı gözlənilir.

XS
SM
MD
LG