Accessibility links

Alimlər Marsda həyatın mövcudluğunu mümkün hesab etmir

  • Amerikanın səsi

Alimlər Marsda həyatın mövcudluğunu mümkün hesab etmir

Alimlər Marsda həyatın mövcudluğunu mümkün hesab etmir

Avropa Fəza agentlyinin alimləri bildirir ki, 600 milyon il sürən quraqlıq qırmızı planetdə canlıların yaşamaq imkanlarını yox etmişdir

Avropa Fəza Agentliyinin alimlərinin sözlərinə görə Mars planetində 600 milyon il mövcud olan quraqlıq qırmızı planetdə həyatın mövcudluğunu qeyri mümkün edir.

Alimlər deyir ki, 2008-ci ildə ABŞ fəza agentliyinin Phoenix kosmik cihazı vasitəsilə Marsın səthindən gütürülən nümunələr göstərib ki, planetin qütblərində buzlaqların olmasına baxmayaraq, Mars planetində yüz milyon illər tam quraqlıq mövcud olub.

Alimlərin sözlərinə görə, 4.5 milyard il əvvəl Günəş sistemində digər planetləri ilə yanaşı yarandığı vaxtdan sonra Mars planetində yalnız son 5000 ildir su aşkar edilib.

Bundan əvvəlki tədqiqatlar göstərir ki, 3 milyard ildən çox müddətdə Marsda daha nəm və isti bir mühit mövcud olub. Bu isə planetdə həyatın mümkünlüyü üçün şərait yarada bilərdi. Lakin o zamandan bəri planet öz atmosferi və maqnit sahəsini itirib. Bunun nəticəsində Marsın səthi buzlu səhraya çevrilib.

XS
SM
MD
LG