Accessibility links

Marsa səyahəti simulyasiya etmək üçün 520 gün xüsusi mühitdə yaşayan ekipaj üzvləri azadlığa çıxıblar (audio)

  • Amerikanın səsi

Moskvada xüsusi mühitdə yaşayan altı ekipaj üzvü azadlığa çıxıb. Ekipaj üzvləri Mars planetinə səyahəti simulyasiya etmək üçün bir il yarım müddətinə dünyadan təcrid olunmuş mühitdə saxlanılırdı.

Beləliklə Rusiya rəsmisi fəza kapsulunun üzərindəki qırmızı möhürü sındıraraq yorğun və rəngi solmuş ekipaj üzvlərini gerçək həyata buraxıldı. Göy rəngli kombinezonda gözlərini qırpan ekipajın komandiri Aleksey Sityov başının gicəllənməsinə baxmayaraq mətbuat konfransında sualları cavablandırarkən gülümsəyirdi.

Marsa səyahəti simulyasiya etmək üçün 520 gün xüsusi mühitdə yaşayan ekipaj üzvləri azadlığa çıxıblar (audio)

Marsa səyahəti simulyasiya etmək üçün 520 gün xüsusi mühitdə yaşayan ekipaj üzvləri azadlığa çıxıblar (audio)

Aleksey Sityov: “Beynəlxalq komanda 520 günlük missiyasını başa vurub və proqram tam yerinə yetirilib. Ekipaj üzvlərinin hər birinin səhhəti yaxşı vəziyyətdədir.”

Fəzada tədqiqat aparmaq istəyən Kolumbiyadan italiyalı ekipaj üzvü Dieqo Arbina kütlənin suallarını cavablandırarkən gülümsəməyə bilmirdi.

Dieqo Arbina: “Bu cür diqqətəlayiq nailiyyətin əldə edilməsində beş ən professional, mehriban və möhkəm şəxslərlə bərabər işləməkdən qürur duyuram. Mən daim bu uzun səfər simulyasiyasında mənə yaxın olan insanlara minnətdar olacağam.”

Çinli ekipaj üzvü Vand Yu isə sadəcə “520 gündən sonra nəhayət ki, biz qayıtdıq” deməklə kifayətlənib.

Marsa səyahəti simulyasiya etmək üçün 520 gün xüsusi mühitdə yaşayan ekipaj üzvləri azadlığa çıxıblar (audio)

Marsa səyahəti simulyasiya etmək üçün 520 gün xüsusi mühitdə yaşayan ekipaj üzvləri azadlığa çıxıblar (audio)

İştirakçılar bir il yarıma qədər pəncərəsiz fəza kapsulunda bağlı yerdə saxlanılıb. Onlar gerçək həyatla yalnız email vasitəsi ilə əlaqə saxlayıb. Kapsulun içərisində tibbi və yatmaq üçün ləvazımat, anbar və 550 kvadrat metrlik ərazi var idi. Kapsulların birindən başqa hər biri işləmək və yaşamaq üçün istifadə edilirdi. Evə bənzəməsi üçün kapsulun içərisi taxta divarlar, mebel və xalçalarla bəzədilmişdir. Burada hətta qırmızı planeti simulyasiya etmək üçün daşlar və qumla yaradılmış model də var idi. Burada ekipaj üzvləri fəza yerişi həyata keçirirdilər.

Alan Smit Londonda Mulard Fəza Elmi Laboratoriyasının professorudur. O, layihəni alqışlayaraq deyir ki, insanları fəzaya, uzaq səfərlərə göndərmək üçün texnologiya var. Lakin Marsa və geriyə Yer Kürəsinə səyahətin psixolojı amilləri kifayət qədər araşdırılmayıb. Alan deyir ki, indiyədək diqqət əsasən insanları Marsa apararaq orada onları endirmək üçün texnologiyalara yetirilib.

Marsa səyahəti simulyasiya etmək üçün 520 gün xüsusi mühitdə yaşayan ekipaj üzvləri azadlığa çıxıblar (audio)

Marsa səyahəti simulyasiya etmək üçün 520 gün xüsusi mühitdə yaşayan ekipaj üzvləri azadlığa çıxıblar (audio)

Lakin Marsa səyahətin başlıca problemlərindən biri səyahətçilərin bu uzun səfərdə biri-biri ilə yaxşı münasibət quracaqlarının müəyyən edilməsində idi.

Hələ ki, altı ekipaj üzvünün münasibətləri haqda heç bir söz deyilməyib. Qrup mətbuatın suallarını cavablandırandan dərhal sonra tibbi yoxlamadan keçmək üçün aparılıb. Ekipaj üzvləri noyabr ayının 8-nə qədər təcrid olunmuş yerdə saxlanılacaq. Ola bilsin ki, bundan sonra biz səyahət zamanı onların arasında münasibətlər barədə məlumat əldə edəcəyik.

XS
SM
MD
LG