Accessibility links

Altı alim Havayda bir il davam edən Mars simulyasiyasını başa çatdırıb. Onlar orada demək olar ki, tamamilə təcrid olunmuş bir günbəzin içində yaşayıblar.

Ötən il ərzində Mauna Loa dağındakı qrup eşiyə yalnız skafandr geyinərək çıxırdı.

Fransalı ekipaj üzvü Cyprien Verseux deyib ki, simulyasiya Marsa missiyanın uğurlu olacağını göstərir.

Alimlər quru iqlimdə su tapmağa nail olublar ki, bu, eyni prosesin Marsda da işləyə biləcəyini göstərir.

Alimlər deyir ki, ekipaj üzvlərini seçmək və insanların fərqli missiyalarda, fərqli mühitlərdə necə işləyəcəklərini müəyyən etmək üçün araşdırma aparmaq çox mühümdür.

Havay Universitetinin araşdırması NASA tərəfindən maliyyələşdirilib. Eksperimenti təşkil edənlər bunun bənzər simulyasiyardan ikinci ən uzunu olduğunu deyir. Ən uzunmüddətli isə Rusiyada 520 gün sürüb.

Havay simulyasiyasının iştirakçıları məhdud resurslarla keçinib və şəxsi münaqişələrdən uzaq duraraq, araşdırma aparıblar.

XS
SM
MD
LG