Accessibility links

Elm

Avropa Fəza Agentliyinin tədqiqat aparatının Marsa çatacağı gözlənilir


Avropa Fəza Agentliyinə məxsus təcrübə mahiyyətli tədqiqat aparatının çərşənbə günü Marsa çatacağı gözlənilir. Missiyanın bir hissəsi olan bu aparat qırmızı planetin atmosferini tədqiq edəcək, həyatın mövcudluğunu sübut edəcək faktlar axtaracaq.

Almaniyada missiyaya nəzarət edən qrup Şiaparelli Mars Aparatının Yer Kürəsindən 496 milyon kilometr məsafədə nəzərdə tutulduğu vaxtda Trace Gas Orbiter adlı ana aparatdan ayrılmasının təsdiqlənməsini alqışlayıb.

Şiaparelli Mars Aparatı Marsın şəkillərini çəkəcək və planetin səthində elmi araşdırmalar aparacaq. Amma onun əsas məqsədi gələcəkdə Avropa Mars Aparatı üçün texnoloji testlər keçirməkdir.

Bu arada Trace Gas Orbiter fəza aparatı orbitdə qalaraq, Marsda hal-hazırda və ya keçmişdə həyatın olub-olmadığını müəyyən etmək üçün planetin atmosferində metan və digər qazları tədqiq edəcək.

Marsa göndərilən iki aparat ESA və Rusiyanın Roscosmos fəza agentliyinin birgə başlatdığı ExoMars missiyasının bir hissəsidir.

ExoMars proqramının növbəti mərhələsində ESA 2020-ci ildə Marsa geokimya və həyat axtarışı üçün qazma cihazı ilə təchiz olunmuş aparat göndərməyi planlaşdırır.

XS
SM
MD
LG