Accessibility links

Marsa səyahət etmək üçün təlim keçənlər 520 gün fəza tədqiqat obyektində saxlanılıb

  • Amerikanın səsi

Marsa səyahət etmək üçün təlim keçənlər 520 gün fəza tədqiqat obyektində saxlanılıb

Marsa səyahət etmək üçün təlim keçənlər 520 gün fəza tədqiqat obyektində saxlanılıb

Marsa real-müddətli virtual missiyanın bir hissəsi kimi 520 gün təcrid edilən altı beynəlxalq ekipaj üzvü Moskvanın fəza təhqiqat obyektindən bu gün çıxıblar. Ötən ilin iyun ayından ekipaj üzvləri psixoloji və fizioloji planetlərarası səyahət effektini simulyasiya edən dörd hermetik bağlı mənfi çəkisizlik mühitində saxlanılıb. Ekipaj üzvlərinin rəngləri azadlığa çıxdıqda solğun olub. Lakin vəziyyətlərinin yaxşı olduğu deyilir. Normal həyata yenidən uyğunlaşan ekipaj üzvləri bir neçə gün tibbi yoxlamalardan keçəcəklər. Orada olduqları dövrdə onlar ancaq konserva yeməkləri ilə qidalanıb və gerçək dünya ilə yalnız email vasitəsi ilə əlaqə saxlayıblar. Email əlaqəsi gerçək fəza missiyasını simulyasiya etmək üçün arabir kəsdirilirdi.

XS
SM
MD
LG