Accessibility links

Kəşf Qırmızı Planetin cənub yarımkürəsindəki buz təbəqəsinin il boyunca qalmasına aydınlıq gətirir

ABŞ-ın NASA kosmik agentliyinin alimləri Mars planetində karbon-dioksid qar yağıntısına dair dəlilllər aşkar edib.

Mars Kəşfiyyat Orbiterinin təmin etdiyi dəlillər əsasında kosmik agentliyin məlumat bazası Qırmızı planetdə daha çox “quru buz” kimi tanıdığımız karbon-dioksiddən təşkil olunan qar buludları kəşf edib.

NASA bildirib ki, Marsın cənub yarımkürəsində 2006-2007-ci qış fəslində əldə olunmuş kəşfiyyat məlumatları günəş sistemində məlum olan yeganə karbon-dioksid qar yağışının mövcudluğuna işarədir.

NASA araşdırmasının müəllifi Pasul Hayne bildirib ki, kəşf olunan qar yağışı Marsın cənub yarımkürəsindəki buz təbəqəsinin il boyunca qalmasının səbəbini izah edir.
XS
SM
MD
LG