Accessibility links

ABŞ fəza agentliyi NASA Marsda olan "Curiosity" roveri ilə tarixə yeni imza atıb. İlk dəfə olaraq insan səsi Yer kürəsindən yad planetə gedib və geri qayıdıb.

NASA idarəçisi Çarli Boldenin audioya yazılmış səsi "Curiosity" heyətini salamlayıb.

“Bu, Çarli Boldendir, NASA idarəçisi sizinlə indi Mars səthində olan "Curiosity"-nin yayımlama avadanlıqları vasitəsilə danışır.”

Bolden probun Marsa göndərilməsinin çətinlikərindən danışmış və NASA əməkdaşlarını bu ayın əvvəlində həyata keçirilmiş uğurlu eniş münasibətilə təbrik etmişdir. O, deyib ki, roverin adına uyğun olaraq maraq insanların kainatı fəth etmək amacının özəyində dayanıb.

Səs yazısı ilə bərabər Mars səthindən yeni şəkillər açıqlanıb.
XS
SM
MD
LG