Accessibility links

ABŞ-ın kosmik fəza və aeronavtika agentliyi NASA bildirib ki, alimlər Marsda ən azı yay mövsümü duzlu suyun mövcüdluğuna dair ciddi dəlillər aşkar edib.

Aşkar edilmiş “nəm” duz minerallarından ibarət xətlərin yaranması üçün suyun olması şərtdir. Suyun olması isə həyatın mikrobik formada olsa belə mövcudluğuna işarədir.

NASA daha öncə də Marsda suyun mövcudluğuna dair dəlillər aşkar edib. Mart ayında NASA Marsda Yer kürəsində Şimal Buzlu okeanında olduğundan daha artıq həcmdə suyun olduğunu bildirib.

Kosmik fəza agentliyi bildirib ki, dörd milyard il əvvəl Mars 137 metr dərinliyində su ilə əhatə olunub və o su kütləsi demək olar bütünlüklə kosmosda buxarlanıb.

XS
SM
MD
LG