Accessibility links

Yeni kəşf edilən kometin Mars ilə toqquşama ehtimalı gözlənilir. Astronomlar "C/2013 A1" kometinin istiqamətini müəyyənləşdirməyə çalışır. Toqquşmanın baş vermədiyi təqdirdə, kometin qırmızı planet adlandırılan Marsa 2014-cü il oktyabr ayında çox yaxın məsafədən keçəcəyi ehtimal edilir.

“Əgər toqquşma baş verməzsə, komet yer kürəsindən teleskopla rahatlıqla, Marsdan isə çox aydın görüləcək” deyə avstraliyalı həvəskar astronom Yan Musqreyv bildirib.

Komet 2013-cü ilin başlanğıcında komet-ovçusu Robert Maknaut tərəfindən avstraliyanın Nyu-Sout Vals şəhərinin Saydinq Sprinq rəsədxanasında aşkar edilib. "IceinSpace" həvəskar internet astronom forumundakı müzakirələrə əsasən, ilkin araşdırma zamanı Arizona ştatının Katalina Skay Survey rəsədxanasının astronomları ötən ilin dekabrında qeydə aldıqları müşahidələrində 2014-cü ilin oktyabrın 19-da Mars orbitinin çox yaxınından keçəcək "C/2013 A1" kometinin orbitral istiqamətini təxmin ediblər.

Müşahidədən 74 gün sonra komet üzrə mütəxəssis Leonid Yelenin qeyd edib ki, hazirki hesablamalar kometin 2014-cü il oktyabr ayında Marsa 109,200 kilometr məsafədən keçəcək. Hadisənin maraqlı tərəflərindən biri ondan ibarətdir ki, bu məsafədən kometin yüksək keyfiyyətdə şəklinin çəkmək fürsəti yaranacaq.

Ancaq "Discovery Space"-dən Yan Oneilin dediyinə görə müşahidədən 74 gün sonra astronomların kometin 20 ay sonra harada olacağını təxmin etmələri çətindir. “Komet C/2013 A1 1046073.6 km çox təhlükəsiz məsafədən keçə bilər. Hərçənd ki, kometin istiqaməti Marsın üzərindəndə ola bilər. Kometin sürəti Marsa yaxınlaşdığı vaxt saniyədə 56 kilometr olacaq.” deyə Oneyil bildirib.

1994-cü ildə 15 kilometr diametrdə olan Şumeyker kometi Yupiterlə toqquşanda yer kürəsindən Hubble Space Teleskop vasitəsi ilə rahatlıqla izlənib. Ancaq Mars ilə toqquşacaq kometi bu teleskopla izləmək mümkün olmayacaq.

Marsa yaxınlaşan komet astronomlar tərəfindən diqqətlə izlənir və məlumatlar əldə edildikcə hesablamalar daha da dəqiqləşdiriləcək.
XS
SM
MD
LG