Accessibility links

15 mart praymerilərinin nəticələri: Keysiç və Klinton Ohayoda, Tramp Florida, Şimali Karolina və İllinoysda qələbə əldə etdi, Rubio kampaniyasını dayandırdı 


ABŞ-ın beş böyük ştatında martın 15-i Demokrat və Respublikaçılar partiyalarının praymeriləri 2016-cı il prezident seçki kampaniyasında mühüm mərhələ hesab edilir.

Amerika prezidentliyinə respublikaçı namizədlər arasında irəlidə gedən Donald Tramp çərşənbə axşamı üç ştatda praymerilərin qalibi olub. Demokrat namizəd Hillari Klinton isə praymerilərin keçirildiyi bütün beş ştatda qələbə əldə edib.

Donald Trampın Florida, Şimali Karolina və İllinoys ştatlarında qələbəsi ona digər respublikaçı namizəd Ted Kruzdan daha çox partiya nümayəndəsinin dəstəyini təmin edib.

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald və prezidenliyə demokrat namizəd Hillari Klinton

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald və prezidenliyə demokrat namizəd Hillari Klinton

Respublikaçılar partiyasından namizədlərin ilkin seçkisində Ohayo ştatında hazırkı qubernator Con Keysiç Donald Tramp üzərində qələbə çalıb.

Ohayoda praymerinin nəticələri Respublikaçılar partiyasından namizədlərin nominasiya uğrunda mübarizədə əhəmiyyətli ştatlardan biridır. Qubernator Keysiçin Tramp üzərində qələbəsi onun kampaniyasına stimul verir. Keysiç növbəti praymerilərdə rəqabətə davamlı olacağını deyib.

Florida senarotu Marko Rubio Respublikaçılar partiyasından prezidentlik kampaniyasını dayandırdı

Florida senarotu Marko Rubio Respublikaçılar partiyasından prezidentlik kampaniyasını dayandırdı

Florida ştatından respublikaçı senator Marko Rubio Donald Trampın ştat praymerisində qələbəsindən sonra prezident kampaniyasını dayandırdığını elan edib.

Floridada qələbə böyük əhəmiyyət kəbs edir, belə ki Trampın qələbəsi onun ştatda partiyadan bütün 99 nümayəndənin dəstəyini qazanması deməkdir.

Ohayo qubernatoru, Respublikaçılar partiyasından prezidentliyə namizəd Con Keysiç

Ohayo qubernatoru, Respublikaçılar partiyasından prezidentliyə namizəd Con Keysiç

Donald Tramp eyni zamanda ABŞ-ın Sakit okeanında Şimali Mariana adalarında kokusda Respublikaçılar partiyasından bütün doqquz nümayəndənin dəstəyini qazanıb.

Növbəti praymerilər martın 22-də ABŞ-ın Arizona, Aydaho və Yuta ştatlarında keçiriləcək.

Martın 15-i praymerilərin nəticələri:

Florida
Respublikaçı: Donald Tramp
Demokrat: Hillari Klinton

Ohayo
Respublikaçı: Con Keysiç
Demokrat: Hillari Klinton

Şimali Karolina
Respublikaçı: Donald Tramp
Demokrat: Hillari Klinton

İllinoys

Respublikaçı: Donald Tramp
Demokrat: Hillari Klinton


XS
SM
MD
LG