Accessibility links

Cəmil Həsənlinin fikrincə, mart qırğını dövlət siyasəti nəticəsində həyata keçirilib. Burada əsas məqsəd Bakının və Bakı qəzasına daxil olan ətraf rayonların müsəlmanlardan təmizlənməsi idi.

Bakı Dövlət Universitetinin tarix elmləri doktoru Cəmil Həsənli Bakıda 1918-ci il mart qırğını ilə bağlı Amerikanın Səsi radiosuna müsahibə verib. O 1918-ci ildə Bakı, Şamaxı, Quba, Salyan və digər rayonlarda 30 min azərbaycanlının qətlə yetirildiyini bildirib. Mart qırğınları dövlət siyasəti nəticəsində həyata keçirilib. Burada əsas məqsəd Bakının və Bakı qəzasına daxil olan ətraf rayonların müsəlmanlardan təmizlənməsi idi. Bolşeviklər Bakının müsəlman şəhəri deyil, kosmopolit bir şəhər statusunda saxlamaq istəyirdilər. Bakı nefti dünyanın aparıcı dövlətləri kimi, ikinci dünya müharibəsinin əsas iştirakçılarından olan Rusiyanın da marağında idi. Bundan istifadə edən daşnaklar isə çoxsaylı azərbaycan müsəlman əhalinin qırğınına təkan verdi .

Azərbaycan Respublikası 1998-ci ildə prezident Heydər Əliyevin imzaladığı fərmanla 31 mart faciəsini Soyqırım günü kimi qeyd edir. “31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdür. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar”.



XS
SM
MD
LG