Accessibility links

"The Martian" - "Marslı" filmi [Video]


"The Martian" - "Marslı" filmi
please wait

No media source currently available

0:00 0:03:26 0:00

NASA-nın direktoru kosmik fırtınaya görə Marsa göndərilən missiyanın geri qaytarıldığını və astronavt Mark Vatninin ölüdüyünü elan edir.

Əslində isə Mark Vatni sağdır və uzaq planetdə tənhadır. Bundan sonra onun sağ qalmaq uğrunda ağlasızmaz mübarizəsi və NASA onu xilas etmək səyləri başlanır.

Mark Vetnini: “Bu, mənim ekipaj üzvlərimi, NASA-nı və bütün dünyanı şoka salacaq.”

Yalnız 31 gün üçün kifayət təchizata malik Vatni rolunu Matt Demon ifa edir. “Dəhşətlisi budur ki, daha bir missiya 4 ildən sonra olacaq və onlar məni o zaman tapa biləcəklər. Mən heç bir şey olmayan planetdə su və yemək tapmalıyam. NASA ilə əlaqə qurmalıyam.”

O, NASA ilə əlaqə yarada bilir, lakin onu tapmaq üçün vaxt lazımdır. Vatninin evinə qayıtmasın bir il var, amma ona indi su və ərzaq lazımdır. “Marslı” filminin ən önəmli cəhətlərindən biri onun elmi dəqiqliyə sadiqliyidir.

“Bu,bir faktdır. Buradakı risklər fantaziya deyil, bir reallıqdır. Orada sizin edə bilmədiyiniz heç bir şey yoxdur” deyə, rejissor Raydli Skot bildirir.

Vaxtilə Robinzon Kruzonun etdiyi kimi Mark Vatni yaşamaq üçün öz ixtiraçı naturası və intellektindən istifadə etməlidir.

NASA-nın Planetlər departamentinin direktoru Cim Qrin Mars planetinin görünüşü və səthi ilə bağlı filmin çəkilişləriində yardım edib. O, “Marslı” kimi filmlərin insanı ruhlandırdığını deyir. “2030-cu illərdə biz Marsa səfər etməyə başlayacağıq. İnsanlar da Marsa uça biləcək və 2040-2050-ci illərdə prezident bizim planetə ayaq basmağımzı istəyir.”

Bu yaxınlarda alimlərin Marsda suyun aşkar etdiyini bəyan edən Qrinin sözlərinə görə, Mark Veytninin hekayəsi onu göstərir ki, kosmik fəzanın kəşfi və kosmosda sağ qalmaq istəyi insanların ürəyində yaşayan bir arzudur.

XS
SM
MD
LG