Accessibility links

Martin Lüter Kinqin xatirə paradı zamanı aşkar edilən bomba ilə bağlı istintaq aparılır

  • Amerikanın səsi

Martin Lüter Kinqin xatirə paradı zamanı aşkar edilən bomba ilə bağlı istintaq aparılır

Martin Lüter Kinqin xatirə paradı zamanı aşkar edilən bomba ilə bağlı istintaq aparılır

ABŞ-ın federal müstəntiqləri vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin xatirə paradı zamanı aşkar edilən bomba ilə bağlı istintaq aparıldığını bildirir. Partlayıcı qurğu bazar ertəsi Vaşinqton ştatının Spokan şəhərində tapılıb. Müstəntiqlər bunu daxili terrorçuluq kimi qiymətləndirir. Federal Kəşfiyyat Bürosunun ofis rəhbəri Frank Harril bombanın təhlükəli olduğunu deyib. Hücum cəhdinin motivləri aydın olmasa da, bu, 1968-ci ildə öldürülən Afrika mənşəli amerikalının anım gününə təsadüf edib. Spokan bölgəsində Arian millətləri qrupu da daxil edilməklə, bir necə irqçi təşkilat fəaliyyətdədir.

XS
SM
MD
LG