Accessibility links

Merilend ştatının keçmiş qubernatoru prezidentliyə namizədliyini irəli sürür


Merilend ştatının keçmiş qubernatoru Martin O’Malli 2016-cı ildə ABŞ prezident seçkilərində Demokrat partiyasından namizəd olmaq üçün kampaniyaya başladığını elan edib.

Liberal siyasətçi Demokrat partiyasının favoriti hesab edilən keçmiş Dövlət katibi Hillari Klintonla rəqabətlə qarşılaşır. Lakin 52 yaşlı Martin O’Malli Merilend ştatında homoseksualların nikahının leqallaşdırılması, ştatda ölüm hökmünün ləğv edilməsi və az gəlirli insanlar üçün minimum əmək haqqının artırılması kimi işlərinə görə seçicilərin rəğbətini qazana biləcəyinə ümid edir.

Martin O’Malli 2016-cı prezident seçkilərində nominasiya almaq üçün rəqabət aparılacaq iki ştat olan Ayova və Miçiqana qısa səfərlər edir. Lakin indiyə kimi ona siyasi dəstəyin az səviyyədə olduğu müşahidə edilir. Bu həftə keçirilmiş sorğuya əsasən, Martin O’Malli seçicilərin yalnız bir faizinin dəstəyini qazanıb. Bu, seçicilrin 57 faizinin dəstəyini almış Hillari Klintonla müqayisədə çox kiçik göstəricidir.

Martin O’Malli səkkiz il Merilend ştatının qubernatoru vəzifəsində çalışıb. Bundan öncə o, iki dönəm Merilend ştatının ən böyük şəhəri olan Baltimorun meri olub.

XS
SM
MD
LG