Accessibility links

Amerikanın məşhur bəstəkarı və dirijoru Marvin Hamlix 68 yaşında dünyasını dəyişib. Qısamüddətli xəstəlikdən sonra vəfat edən dünya şöhrətli musiqiçi 40-dan artıq bədii film üçün musiqi bəstələyib.

O, 3 dəfə Oskar, 4 dəfə Qrammi, 4 dəfə Emmi, Toni, Qızıl Qlobus və Plitzer mükafatlarına layiq görülüb.

Marvin Hamlixi məşhurlaşdıran filmlər arasında Barbara Straysand və Robert Redfordun baş rolları ifa etdiyi “Biz necə idik”, Pol Nyuman və Robert Redfordun çəkildiyi “Sting” kimi filmlər var.

O, Amerikanın ən tanınmış simfonik orkestrlərinə dirijorluq edib.

XS
SM
MD
LG