Accessibility links

Turkiyə mediasının bildirdiyinə görə, yeni il gecəsi İstanbulda gecə klubuna hücum edən şəxsin ölüm cəzasına məhkum edilməsi istənilib.

Əbdülqədir Maşaripovun məhkəmədə vediyi ifadəyə əsasən bildirilir ki, o, ən yüksək cəza almaq istədiyini deyib.

Reina klubuna hücum 39 adamın ölümü, 65 nəfərin yaralanması ilə nəticələnib.

Maşaripov hadisə yerindən qaçmağa nail olsa da, 17 gündən sonra ələ keçirilmişdi. Milliyətçə özbək olan hücumçuya qarşı qətl, terror qrupunun üzvü və digər cinayətlərə görə ittihamlar irəli sürülüb.

Türkiyənin xəbər agentlikləri onun məhkəmədə İslam Dövləti qrupunun üzvü olduğunu etiraf etdiyini yazır.

Əbdülqədir Maşaripov hücumu dini motivlərlə əsaslandırıb.

XS
SM
MD
LG