Accessibility links

Təbriz millət vəkilindən türk dilində təhsil yasağına etiraz


Məsud Pezeşkiyan

Məsud Pezeşkiyan

Məsud Pezeşkiyan parlament seçkiləri və Dünya Ana Dili Günü ərəfəsində danışıb

“Biz nədən, rəsmi qanunun icazə verdiyi halda, Azərbaycan vilayətlərində türkcə yazıb oxuya bilməyək? Nədən alman, ərəb, fransız və ispan dillərinin tədrisi qanunidir, amma türk dilinin tədrisi deyil?”-deyə İranın sabiq Səhiyyə Naziri və Təbrizin hazırkı millət vəkili İranda türk dilində təhsil qadağasına etiraz bildirib.

Məsud Pezeşkiyan bu sözləri Təbrizdə fəaliyyət göstərən Mənim Təbrizim adlı internet qəzeti ilə müsahibədə dilə gətirib.

Fevralın 26-da keçirələcək məclis seçkilərinə namizəd həmçinin deyib ki, “ana dilimi inkar edə bilmərəm. Bu ədalətsizlikdir. Qanuna görə ana dilində təhsil haqqı hər kəs üçün təmin edilməlidir. Məmləkət küfr ilə qalar, ancaq zülm və ədalətsizlik ilə dağılar.”

İslahatçı siyasətçi kimi tanınan Məsud Pezeşkiyanın bu sözləri İranda qarşıdan gələn parlament seçkiləri, həmçinin Dünya Ana Dili Günü (21 fevral) ərəfəsində ifadə etməsi internet səhifələri və güneyli fəalların diqqətini cəlb edib.

Son vaxtlar qeyri-fars fəallara qarşı fəaliyyət göstərən veb səhifələr “Dünya Ana Dili Gününü bəhanə edərək separatçıların seçkilər ərəfəsində iğtişaş yaratmaq istədiyini” irəli sürüblər.

XS
SM
MD
LG