Accessibility links

Bu gün Azərbaycanda "Azərbaycanlıların Soyqırımı Günü" qeyd olunur.

Azərbaycanın tarixi məlumatlarına görə, 1918-ci il martın 31-də Bakıda “Daşnaksütyun” Partiyasının birləşmələri Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə qanlı divan tutub. Əks-inqilaba qarşı mübarizə bəhanəsilə dinc Azərbaycan əhalisinin məhvinə başlanılıb. Bu zaman hətta gəmi artilleriyasından da istifadə olunub.

Ölkə ərazisində dinc əhaliyə divan tutulması martın 30-dan aprelin 3-dək davam edib. Bu vaxt ərzində ölkədə, Bakı da daxil olmaqla 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib.

Şəhərin müsəlman əhalisinin qırğınlarına Bakının İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edib.

Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonra bərpa edilib.

1918-ci ilin mart-aprel hadisələri xalqın faciəvi tarixinin səhifələrindən yalnız biridir.

Tarixi məlumatlarda deyilir ki, XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı münaqişələrin qurbanı olub və ya deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb. Deportasiya siyasəti sovet hakimiyyəti illərində də davam edib. Belə ki, 1948-56-cı illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb.

Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf edir. Həmin vaxt on minlərlə azərbaycanlı qətlə yetirilib və yaralanıb, yüz minlərlə azərbaycanlı isə qaçqına çevrilib.

İlk olaraq 1919 və 1920-ci illərdə mart ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra prezident Heydər Əliyev 1998-ci il martın 26-da" Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG