Accessibility links

Məşhurlar: Mətt Daymon


Mətt Daymon və onun həyat yoldaşı Lusiana Barroso yeddi il əvvəl evləndilər. Yəqin ki, xatırlamırsız. Ona görə ki, o zaman onlar Manhettanda çox məxfi toy mərasimi keçirdilər.

Nyu-York Post-a istinadən onlar indi mərasimi yenidən qeyd etmək istəyirlər və bu dəfə Corc Kluni, Ben Afflek və Məttin digər yaxın ulduz dostları ilə birlikdə. Mərasimin keçiriləcəyi yer əlbəttə gizli saxlanılır. Mətt və Lusiana qonaqların mərasimdən həzz ala bilmələri üçün hər kəsdən bir xahiş edib – uşaqları evdə qoymaq xahişi. Mətt darıxdırıcı, qalmaqalsız, ailəyə üstünlük verdiyi həyat tərzindən şikayətlənməsi ilə tanınır. Bunu nəzərə alsaq onun təşkil edəcəyi mərasimin xəbər başlıqlarında yer alacağı gözlənilir.
XS
SM
MD
LG