Accessibility links

ABŞ müdafiə naziri Yaponiya və Cənubi Koreyaya səfər edir


ABŞ müdafiə naziri Cim Mattis Yaponiyanın baş naziri Şinzo Abe ilə

ABŞ müdafiə naziri Ceyms Mattis Birləşmiş Ştatların Yaponiya ilə “100 faiz çiyin-çiyinə” dayandığını deyib.

Pentaqon rəhbəri vəzifəsinin icrasına başladıqdan sonra xaricə ilk səfəri zamanı bu açıqlamanı bu gün Tokioda Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşü zamanı verib.

Bu gün daha əvvəl Cənubi Koreyada olan Mattis deyib ki, Şimali Koreya tərəfindən Birləşmiş Ştatlara, ya da onun müttəfiqlərindən birinə qarşı nüvə hücumuna “effektiv və hərtərəfli” cavab veriləcək.

Müdafiə nazirinin Cənubi Koreya və Yaponiyaya səfəri ABŞ-ın Asiyada iki müttəfiqini Vaşinqonun onlarla alyansa sədaqətinə əmin etmək xarakteri daşıyır.

ABŞ müdafiə naziri Cim Mattis Cənubi Koreyanın müdafiə naziri Han Minkoo ilə görüş zamanı

ABŞ müdafiə naziri Cim Mattis Cənubi Koreyanın müdafiə naziri Han Minkoo ilə görüş zamanı

ABŞ prezidenti Donald Tramp kampaniyası zamanı Cənubi Koreya və Yaponiyanın Birləşmiş Ştatlardan aldığı hərbi yardıma görə daha artıq maliyyə ödəmədikləri halda Amerika hərbi qüvvələrini bu ölkələrdən çıxaracağı ilə hədələmişdi. Cənubi Koreyada 28 min 500 ABŞ əsgəri yerləşdirilib. Yaponiyada Amerika hərbi qüvvələrinin sayı 47 min nəfərdən ibarətdir.

Cümə axşamı günü Pentaqon rəhbəri Cənubi Koreyanın müdafiə naziri Han Minkoo ilə Seulun milli xiyabanında Koreya müharibəsində həlak olan əsgərlərin məzarı önünə əklil qoyulması mərasimində iştirak edib.

Seulda olan Mattis deyib ki, Tramp administrasiyası Cənubi Koreya ilə Seulun Şimali Koreya tərəfindən “təxribatları” qarşısında əlaqələrin gücləndirilməsi işinə sadiq qalır.

“Biz hazırda sizin ölkənizin və bizim ölkənin qarşılaşdığı real təhlükəni ünvanlamalıyıq və biz birlikdə bunun qarşısında olduğumuz zaman çiyin-çiyin dayanmalıyıq”-deyə Mattis bildirib.

ABŞ müdafiə naziri bu açıqlamaları Cənubi Koreyanın baş naziri Hvanq Kyo-ahnla birgə mətbuat konfransında verib.

Baş nazir Hvanq ABŞ-Cənubi Koreya alyansı çərçivəsində gələcək məsləhətləşmələrdə Şimali Koreyanın nüvə məsələsinə cavabın müzakirə edilməsini gözlədiyini deyib.

XS
SM
MD
LG