Accessibility links

Yeni Müdafiə və Daxili Təhlükəsizlik nazirləri vəzifələrinin icrasına başladılar


ABŞ Senatı mütləq səs çoxluğu ilə istefada olan Dəniz Piyadaları Generalı Ceyms Mattisi Müdafiə Naziri postuna təsdiq edib. Elə həmin saatlarda qanunverici orqan habelə General Con Kellini Daxili Təhlükəsizlik Naziri qismində təsdiq edib.

Mattis və Kellinin hər ikisinin 66 yaşı var. Onlar Donald Tramp kabinetinin təsdiq edilən ilk nazirlərdir. Təsdiq ediləndən dərhal sonra nazirlərin andiçmə mərasimi keçirilib.

Senat Mattisi 98:1, Kellini isə 88:11 səs nisbəti ilə təsdiq edib.

Senat səsverməni Donald Tramp and içdikdən bir neçə dəqiqə sonra – parad başlayarkən keçirib.

Mattis ABŞ silahlı qüvvələrində xidmət edən hərbçilərə müraciət ünvanlayaraq onları "millətin qoruyucuları" adlandırıb. Mattis vəd edib ki, hərbçilərin "bu gün və gələcəkdə döyüş qabiliyyətini saxlaması üçün" əlindən gələni edəcək.

Daxili Təhlükəsizlik (Homeland Security) Naziri Con Kelli and içir.

Daxili Təhlükəsizlik (Homeland Security) Naziri Con Kelli and içir.

Senat Mattisi 98:1, Kellini isə 88:11 səs nisbəti ilə təsdiq edib. Yeganə səs verməyən senator hazırda ABŞ Baş Prokuroru vəzifəsinə təyinatı müzakirə edilən Ceff Seşşons olub.

Cümə günü axşamüstü Oval Ofisə daxil olan Donald Tramp Mattis və Kellini vəzifələrinə təsdiq edən sənədləri imzalayıb. Nazirlərin andiçmə mərasiminə vitse-prezident Mayk Pens rəhbərlik edib.

XS
SM
MD
LG