Accessibility links

"İran dünyada terroru dəstəkləyən əsas dövlətdir".

Bunu Yaponiyada səfərdə olan ABŞ-ın müdafiə naziri Cim Mattis deyib.

Nazir bildirib ki, ABŞ Yaxın Şərqə əlavə qüvvə yerləşdirmək qabiliyyətinə malik olsa da, yaxın zamanda buna ehtiyac duymur.

66 yaşlı Jim Mattis yanvarın 21-də müdafiə naziri təyin olunub. O Fars körfəzində, Əfqanıstanda, İraqdakı əməliyyatlarda diviziya komandanı olub.

İran dünyada terroru dəstəkləyən əsas dövlətdir

ABŞ fevralın 3-də İrana yeni sanksiyalar qoyduğunu elan edib. Bundan bir neçə gün əvvəl Tehran ballistik raket sınağı keçirmişdi. Buna görə Vaşinqtondan xəbərdarlıq almışdı.

İrana qarşı yeni sanksiyaları bir sıra demokrat millət vəkilləri də alqışlayıb.

İranın xarici işlər naziri Javad Zarif bildirib ki, “İran heç kimlə müharibə başlamaq niyyətində deyil, amma öz müdafiəsi üçün yalnız özünə arxalana bilər”.

Tramp administrasiyası İranın ballistik raket sınağına cavab olaraq 13 nəfərə və onlarla şirkətə qarşı sanksiya tətbiq edib.



Tweet hesabında "İran odla oynayır. Onlar prezident Obamanın nə qədər "mərhəmətli" olduğuna qiymət verməyib. Lakin mən o deyiləm!'' deyə Tramp yazıb.

ABŞ prezidenti Iranın rəsmi xəbərdarlıq altında olduğunu və onun ballistik raket sınağı ilə bağlı "heç nəyin masa üzərindən götürülmədiyini" bildirib.

Donald Tramp cümə axşamı Twitterdə yazdığı statuslarda İranla əldə edilən nüvə razılığını tənqid etmişdi.

Amerika və dünyanın beş qüdrətli ölkəsi ilə əldə edilən razılıq İranın nüvə proqramını dayandırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Flinn İranın ballistik raket buraxılışını pisləyərək, Tehranın 2015-ci ildə Birləşmiş Ştatlar və digər qüdrətli ölkələrlə əldə etdiyi nüvə razılığını hədə altına aldığını deyib.

Bəzi müstəqil ekspertlər Vaşinqtonda baş vermiş dəyişiklikləri nəzərə alaraq İrana ehtiyatla davranmağı tövsiyə edir.

Kanadanın Kral Hərbi Kollecində beynəlxalq münasibətlər üzrə professor Huşəng Həsən-Yar Amerikanın Səsinə bildirib ki, Trampın Tehrana xəbərdarlıqları sabiq Prezident Corc W. Buşun ritorikasına oxşardır, və bu yanaşma Obamanın rəftarı ilə təzad təşkil edir.

XS
SM
MD
LG