Accessibility links

Nyu-Yorkdan Bakıya gələn Matuto musiqi qrupunun üzvləri sahibkarlığın əhəmiyyətini bilirlər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazıb.

Məlumatda deyilir ki, 2009-cu ildə bir araya gəldikdən sonra bu qrup öz musiqi performanslarını əsl biznesə çevirib.

Matuto qrupu

Matuto qrupu

“Müvəffəqiyyətli artist-sahibkar olmaq bir qədər səy tələb edir, lakin bu gün bir neçə azərbaycanlı musiqiçi Matuto qrupunun bəzi üzvləri tərəfindən Amerika Mərkəzində keçirilən “Musiqi biznesi" adlı seminar sayəsində öz peşərak karyerasında növbəti səviyyəyə yüksəlmək imkanı əldə edəcək”, məlumatda deyilir.

Matuto qrupu konsert proqramı ilə də çıxış edəcək.

XS
SM
MD
LG