Accessibility links

Rəsmiləri prezidentin təsadüfi insident zamanı yaralandığını desə də, yerli mətbuatda onun yaraqlı qrupun üzvləri tərəfindən hədəf alındığına dair məlumat verilib


Mavritaniya prezidenti Məhəmməd Ould Əbdül Əziz hökumətin təsadüfən baş vermiş atışma adlandırdığı insident zamanı yaralandıqdan sonra müalicə olunmaq üçün Fransaya aparılıb.

Cənab Əziz Parisə aparılmazdan əvvəl xəstəxanadakı çarpayısından televiziya vasitəsilə xalqa müraciət edərək, səhhətinin normal olduğunu və insidentin təsadüf nəticəsində baş verdiyini bildirib.

Prezident paytaxt Nuakşot yaxınlığında maşın konvoyu ilə səfər edən zaman güllə ilə vurulmudşur. Rəsmilər yol boyu təhlükəsizliyə görə məsuliyyət daşıyan mühafizəçilərdən birinin konvoyu dərhal tanmayaraq atəş açdığını bildiriblər.

Lakin bəzi yerli mətbuat orqanlarında prezidentin paytaxtdan ölkənin şimalda Tveylaya səfər edən zaman yaraqlı qrupun üzvlərinin hədəfi olduğu barədə məlumat verib.

Prezident Əbdül Əziz hakimiyyətə 2008-ci ildə hərbi çevriliş nəticəsində gələrək, 2009-cu ildə prezident seçkilərində qələbə çalmışdır.
XS
SM
MD
LG