Accessibility links

ABŞ-ın fəza və aeronaftika agentliyi NASA Marsa yeni missiya yollayıb. Marsa göndərilən MAVEN kosmik cihazı qırmızı planetin səthini araşdıracaq.

Kosmik cihazın Florida ştatının Keyp Kanaveral fəza mərkəzindən kosmosa göndərilməsi üçün hava şəraiti münasib olub. NASA-nın MAVEN kosmik gəmisi Atlas V raketiinin üzərində səmaya qalxıb. Uçuş nəzərdə tutulduğu kimi keçsə, səkkiz elmi cihaza malik olan MAVEN 10 aydan sonra Marsa çataraq tədqiqata başlayacaq.

Alimlər ümid edir ki, MAVEN kosmik cihazı qırmızı planetin səthində suyun yoxa çıxması və atmosfer təbəqəsinin nazilməsinin səbəblərinin araşdırılmasına yardım edə biləcək.

Marsda iqlimin milyard illər içərisində dramatik şəkildə dəyişməsinin səbəbləri daha əvvəl araşdırılmayıb. NASA bundan öncə Marsa 20 missiya göndərib, bunların yalnız 14-ü müvəffəq olub.

MAVEN kosmik cihazının Marsa 2014-cü ilin sentyabr ayının 22-də çatacağı gözlənilir. Bundan sonra 2,5 metr ölçüdə kosmik cihaz günəş enerjisi ilə işləyən qanadlarını genişləndirərək məlumat toplamağa başlayacaq.
XS
SM
MD
LG