Accessibility links

2006 may qiyamı zamanı həbs edilmiş sosioloq milli oyanışın əsaslarını təhlil edir

“May etirazları o yazılı karikaturaların mahiyyətini aşan bir olay idi. Pəhləvi dönəmindən bəri, aşağılanma, xor görülmə və ədalətsizliklə üzləşən bir xalqın üsyanı idi,” deyə güneyli sosioloq Artum Dinc Amerikanın Səsinə müsahibədə 2006 may qiyamının mahiyyətini dəyərləndirib. Onun sözlərinə görə bu, son bir neçə onillikdə ilk dəfə idi ki, İranda yaşayan Azərbaycan türkləri cəmiyyətdə tutduqları mövqelərdən asılı olmayaraq bir toplum kimi ayağa qalxaraq milli maraqlarını müdafiə etməyə başladılar.

Hazırda Ankara şəhərində yaşayan təbrizli sosioloq özü də 2006-cı ilin may ayında İran jurnalında yayılan irqçi karikaturaya qarşı Azərbaycan şəhərlərində təşkil edilmiş kütləvi aksiyalarda rol aldığı üçün həbs və mühakimə edilmişdi.
Bu bir dinamik ayaqlanma idi və arxasında ciddi bir təşkilatlanma yoxuydu, xalq dinamık olaraq təşkilatlanırdı. Bunu səsləndirilən şüarlarda da görmək olurdu, şüarların çoxunu xalq elə orada düzəldirdi.
May qiyamında küçələrə çıxanların sayının çox yüksək olduğunu bəyan edən Artum Dinc toplumun bir çox təbəqələrinin may qiyamına qatıldığını da vurğulayıb. Onun dediklərinə görə, qadınlar, kişilər, işçilər və hətta hakimiyyət daxilində olan bəzi qruplar o cümlədən, bəsicilər (yarıhərbi könüllü qüvvələr) də etirazlarda iştirak etmişdi.

Ankara Universitetinin məzunu etirazların dinamik bir şəkildə başlanaraq genişləndiyini söyləyib. “Bu, bir dinamik ayaqlanma idi və arxasında ciddi bir təşkilatlanma yox idi, xalq dinamık olaraq təşkilatlanırdı. Bunu səsləndirilən şüarlarda da görmək olurdu, şüarların çoxunu xalq elə orada düzəldirdi,” deyə o qeyd edib.

Artum Dinc deyir ki, bir çox ictimai təbəqələr və çox sayda insanın may üsyanlarına qatılmasının bir səbəbi etirazların xalqın gözündə legitimlik qazanması idi: “Orada bir məşruiyyət (legitimlik) var idi, çünki xalq mədəni, sivil və dinc şəkildə etirazını bildirirdi.”

Güneyli sosioloqun fikrincə, may qiyamında xalq sadəcə yazılı karikaturalara deyil, illər boyu üzləşdiyi ədalətsizliyə qarşı etirazını ifadə edirdi.
Yazılı karikaturanın mənşəyi rəsmi dövlət qəzeti idi. Bu qəzetin auditoriyasının çoxluğu, karikaturanın İranda yaşayan bütün türkləri hədəf alması və təpkinin məşru (legitim) və haqlı olması, eləcə də etirazların bədəlinin qarşılana bilər olması istiqamətində ictimaiyyət tərəfindən umumi bir qənaətə varılmışdı.
“Sadəcə bir karikatura deyildi, mətni də var idi, yazılı karikatura idi. Amma, etirazlar o yazılı karikaturanın mahiyyətini aşan bir olay idi. Qacarlardan sonra aşağılanma, xor görülmə, ədalətsizlik və dışlanma (kənarlaşdırılma) ilə üzləşən bir xalqın üsyanı idi,” deyə Artum Dinc söyləyib.

Dinc həmçinin irqçi karikaturanın rəsmi dövlət orqanı olan bir jurnal tərəfindən yayılmasına diqqət çəkərək, bu məsələnin də etirazların böyüyüb və kütləviləşməsində təsirli olduğunu irəli sürüb.

“Yazılı karikaturanın mənşəyi rəsmi dövlət qəzeti idi. Bu qəzetin auditoriyasının çoxluğu, karikaturanın İranda yaşayan bütün türkləri hədəf alması və təpkinin məşru (legitim) və haqlı olması, eləcə də etirazların bədəlinin qarşılana bilər olması istiqamətində ictimaiyyət tərəfindən umumi bir qənaətə varılmışdı,” deyə o bəyan edib.

Sosioloq həmçinin may qiyamının müsbət və mənfi cəhətlər və nəticələri ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

Artum Dinc may qiyamında müşahədə etdiyi bəzi ictimai hadisələr o cümlədən, “etnik ayrı-seçkiliyin anlaşılıb, idrak edilməsi”, “türklər tərəfindən təpkisizlik durumunun sınması və qorxunun bir kənara buraxılması”, “xalqın aşağılanmaq və təhqirə qarşı həssaslığı ölçülə bilər və görünə bilər hala gətirilməsi”, eləcə də “farslaşdırma siyasətinin geniş kütlələr və toplumun fərqli təbəqələri, özəlliklə türklər tərəfindən gündəmə çıxarılması” kimi hallara işarə edib.
XS
SM
MD
LG