Accessibility links

Əkbər Paşayi: May etirazlarına toplumun bütün sinifləri qatılmışdı [Audio]


Əkbər Paşayi - May 2006

Əkbər Paşayi - May 2006

2006 may ayında baş verən kütləvi etirazlarda iştirak etmiş güneydə yaşayan milli fəal Əkbər Paşayi Amerikanın Səsi ilə söhbətdə “milli qiyamı”ın nə şəkildə başlandığı, həmçinin may üsyanına yol açan siyasi mühiti şərh edib. Urmiyə Universitetinin məzunu xüsusilə təhsil aldığı universitet və Urmiyə şəhərində baş verən aksiyalar haqda danışıb.

Əkbər Paşayi may qiyamından öncə universitetlər o cümlədən, Urmiyə Universitetində qurulmuş Azərbaycan dərnəkləri və türk dilində yayılan öyrənci dərgiləri vasitəsilə milli şüurun yüksəlməsinə diqqət çəkərək universitetlərdə kütləvi etirazlardan öncəki durum və şəraiti təsvir edib. O həmçinin kiçik miqyasda keçirilmiş bəzi tələbə etirazlarına toxunub.

Əslən Miyana şəhərindən olan milli fəal may ayında həyata keçirilən silsilə etirazların nizamlı şəkildə keçirildiyi və planlı olaraq universitetlərdə başlayıb, şəhərlərin küçələrində davam etdiyini söyləyib.

“Universitetlərdə təşkil edilən aksiyalarda etirazların şəhərlərdə davam edəcəyi bildirildi. Biz şəhərdəki fəalları da tanıyırdıq, onlarla əlaqəmiz var idi,” deyə mədəni fəal qeyd edib.
Karikaturalar yayıldıqdan sonra Təbriz və Urmiyə universitetlərində geniş səviyyədə çalışmalar aparıldı. Urmiyə universitetində keçirilən etiraz aksiyasında oxunan qətnamədə hakimiyyətin türklərə qarşı tətbiq etdiyi sistemli təhqirlərin aradan götürülməsi istənildi, türklər üçün insan haqları bəyannamələrinə dayanaraq dil və kültür azadlığı tələb olundu.
Onun dediklərinə görə, “karikaturalar yayıldıqdan sonra Təbriz və Urmiyə universitetlərində geniş səviyyədə çalışmalar aparıldı. Urmiyə universitetində keçirilən etiraz aksiyasında oxunan qətnamədə hakimiyyətin türklərə qarşı tətbiq etdiyi sistemli təhqirlərin aradan götürülməsi istənildi, türklər üçün insan haqları bəyannamələrinə dayanaraq dil və kültür azadlığı tələb olundu.”

Sabiq siyasi məhbus 2006 ili mayın 23-də Urmiyə şəhərində baş verən kütləvi etirazlarda müşahədələrini Amerikanın Səsi ilə paylaşıb.

O, şəhərin əsas küçələrinin etirazçı kütlələr ilə dolduğu, toplumun fərqli siniflərinin aksiyalara qatıldığı və etirazların dinc və mədəni şəkildə keçirildiyini vurğulayıb.

Əkbər Paşayi özünün də iştirak etdiyi etirazlarda səsləndirilən şüarların umimiyyətlərdə milli tələblər və dil hüquqları ilə bağlı olduğunu, habelə hakimiyyətə qarşı hər hansı bir şüarın səslənmədiyini irəli sürüb:

“Şəhər etirazları olduqca mədəni bir fəzada keçirildi. Umumiyyətlə hakimiyyətə qarşı şüar verilmədi. Etiraza qatılanlar “haray haray mən türkəm!”, “mənim dilim ölən deyil, başqa dilə çönən deyil”, “öz dilində mədrəsə, olmalıdır hər kəsə”, və “ölüm olsun faşizmə” kimi şüarlar səsləndirirdilər.”
XS
SM
MD
LG