Accessibility links

Xarici dövlət başçısı ilə prezident qismində ilk görüşündə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə münasibətləri "xüsusi" adlandırıb. Tərəfdaşı ilə razılaşan baş nazir Tereza Mey ölkələrin ümumi maraqlar və dəyərlər paylaşdığını vurğulyaraq yeni prezidentin "100 faiz" NATO-nun arxasında durduğunu bəyan edib.

Britaniyanın baş naziri Tereza Mey Britaniyanın Avropa İttifaqını tərk etməyə hazırlaşdığı və Trampın hakimiyyətə başladığı bir vaxt ölkəsinin ABŞ-la xüsusi münasibətlərin qorunmasına çağırıb.

Mey dünən Filadelfiyada görüşlər keçirdikdən sonra bu gün Ağ Evdə ilk xarici lider kimi prezident Trampla görüş keçirib. Görüşdən sonra birgə mətbuat konfransı təşkil edilib.

Tramp deyib ki, ABŞ və Böyük Britaniya dünyada iqtisadi rifah və qanunun alililyə ehtiram baxmından dünyanın iki mayakıdır.

Müxbirlərin Rusiya prezidenti ilə sabah keçiriləcək telefon söhbətindən sonra sanksiyaların ləğvinə dair sualının cavabında Tramp deyib ki, O. bütün ölkələrlə yaxşı münasibətlər saxlamağa çalışacaq.

Eyni sualı cavablandırarkən xanım Mey bildirib ki, Britaniya Minsk razılığının həyata tam tətbiqinədək sanksiyaların qüvvədə saxlanmasını istəyir.

Dövlətlərimizi yeniləşdirdiyimiz bir vaxt biz imkanlar və hətta məsuliyyətlə yeni era üçün əlaqələrimizi xüsisi bir fazaya daxil edirik.

“Dövlətlərimizi yeniləşdirdiyimiz bir vaxt biz imkanlar və hətta məsuliyyətlə yeni era üçün əlaqələrimizi xüsisi bir fazaya daxil edirik,” deyə Mey bildirib.

Hər iki lider əsasən ticarət olmaqla, xarici əlaqələrdə islahatlar aparır.

Britaniya Avropa İttifaqını tərk etdikdən sonra yeni ticarət razılılarını müzakirə etməlidir. Meyin planlarına mühacirətə nəzarət də daxildir. Baş nazir bu sahədə nə ediləcəyinə dair planlarını hələ ki, açıqlamayıb.

XS
SM
MD
LG