Accessibility links

Elxan Şahinoğlunun “Maydandan” “Maydana” kitabı


"Maydandan" "Maydana" kitabı
"Maydandan" "Maydana" kitabı

Azərbaycanlı jurnalist və politoloq Elxan Şahinoğlunun Ukraynada ötən ilin inqilabi hadisələrindən, onların ölkədə və postsovet məkanında siyasi hadisələrin inkişafına təsirindən bəhs edən ““Maydandan” “Maydana”” kitabı işıq üzü görüb.

Kitab rus dilindədir, “Qanun” nəşriyyatında dərc edilib.

Fevralın 2-də kitabın təqdimatı və onun ictimai müzakirəsi keçirilib. Tədbirdə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko da iştirak edib.

Müəllif kitab üzərində iş zamanı üç dəfə Ukraynaya səfər edib, Kiyev və Donetskdə olub, çox sayda siyasətçi, ekspert, jurnalist, sadə vətəndaşlar, habelə Azərbaycan diasporasının nümayəndələri ilə söhbətlər edib.

Araşdırmada Krım tatarlarının problemlərinə, yarımadanın Rusiya tərəfindən ilhaqından sonra onların gələcək taleyinə baxış yer alır, Krım tatarlarının əfsanəvi lideri Mustafa Cəmilovla müsahibə dərc edilib.

“Maydan”ın nəticələrindən biri Ukraynanın geosiyasi rolunun kökündən dəyişməsi və onun mahiyyətcə təkcə iki inteqrasiya sistemini – Avroatlantika və Avrasiyanı deyil, həm də iki dünya görüşünü bölüşən bufer məkana çevrilməsi olub.

Kitabın “Bakının Maydana reaksiyası və münasibətlərin gələcəyi” hissəsində münasibətlərin inkişaf perspektivlərinə baxış yer alıb.

Bu zaman Bakının “Maydan”a və Ukraynanın yeni rəhbərliyinə ehtiyatla yanaşdığı qeyd edilir.

Lakin Bakı Kiyevlə iqtisadi əməkdaşlığın Azərbaycana iqtisadi və hətta siyasi mənfəətlər vəd etdiyini görərsə və Ukrayna rəhbərliyi müvafiq addımları atarsa, Bakı Ukrayna iqtisadiyyatına investisiyaları davam etdirəcək və artıracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG