Accessibility links

Maykl Flinin istefası ilə Ağ Evlə bağlı narahatlıqlar artıb [Video]


Siyasətdən başqa Prezident Donlad Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin istefa verməsinin Vaşinqton üçün müxtəlif nəticələri ola bilər.

Donald Trampın milli təhlükəsizlik müşaviri Maykl Flinin istefasından sonra Tramp Tvitterdə onu müdafiə edib.

Bu, prezident üçün böyük narahatlıq mənbəyidir. Biz bizim hökümətə işləyən və məxfi məlumatlara çıxışı olan insanların bu məlumatları sızdırıb-sızdırmadıqlarını öyrənməliyik.

“Niyə Vaşinqtondan bu qədər qanunsuz məlumatlar sızır?” deyə o yazıb.

Daha sonra isə Ağ Evin sözçüsü Şon Spayser də ona qatılıb.

“Bu, prezident üçün böyük narahatlıq mənbəyidir. Biz bizim hökümətə işləyən və məxfi məlumatlara çıxışı olan insanların bu məlumatları sızdırıb-sızdırmadıqlarını öyrənməliyik,” Spayser deyib.

Keçmiş rəsmilər və digərləri məlumatların sızmasının yaxşı bir hal olmadığı üzərində razılaşsa da, Mayk Flinin istefasını untancverici adalandırır və probelmlərin daha da dərin olduğu barədə narahatlıqlarını ifadə edir.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri republikaçı Con Makkeyn Flinin istefasını “hazırkı milli təhlükəsizlik mexanizmində diskfunksiyanın bir göstəricisi” olaraq qiymətləndirib.

O əlavə edib ki, “bu məsələ Tramp administrasiyasının Vladimir Putinin Rusiyasına qarşı niyyəti ilə bağlı suallar qaldırır.”

Rusiyalı qanunvercilər isə bu şərhə cavab veriblər.

“Bu, bizə qarşı bir hücumdur, çünki onlar inanır ki, biz milli təhlükəsizlik müşaviri ilə münasib olmayan məsələləri müzakirə etmişik.”

Bunun zamanlaması yeni adminstrasiyası üçün münasib olmadı.

“O, yenicə qeyri-ənənəvi Milli Təhlükəsizlik Şurası heyəti və milli təhlükəsizlik siyasəti yaratmaq istəyirdi ki, bütün bunların əsas təşkilatçısı getdi.”

Trampın xarici siyasət doktrinasını anlamağa çalışan ABŞ müttəfqiləri üçün isə bunun əhəmiyyətini kiçiltmək olmaz.

“Bu çox mühüm bir vəzifədir, Dövlət Departamenti və səfirlər, eləcə də Müdafiə Nazirliyinin diplomatiyası qədər mühümdür.”

Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmiləri deyir ki, Tramp administrasiyasının hər şeyi qaydaya salmasına hələ də vaxt var və yeni milli təhlükəsizlik müşaviri ona bu məsələdə yardım edə bilər...lakin bunlar da yetərli olmaya bilər.

“Onun Ağ Evin ənənəvi təhlükəsizlik yoxlanışından keçməyən məlumat və bəyantları paylaşması, fikrimcə, problematikdir və gələcəkdə gözlənilməyən yerlərdə belə ona çətinlik yaradacaq.”

Bu isə, baş məsləhətçi vəzifəsinə təyin olunan şəxsi gözləyən problemlərdən sadəcə biridir.

XS
SM
MD
LG