Accessibility links

ABŞ hərbi qüvvələrinin admiralı Çini müttəfiqi Şimali Koreyanı cilovlamamaqda ittiham edib


ABŞ hərbi qüvvələrinin admiralı Çini müttəfiqi Şimali Koreyanı cilovlamamaqda ittiham edib
ABŞ hərbi qüvvələrinin admiralı Çini müttəfiqi Şimali Koreyanı cilovlamamaqda ittiham edib

ABŞ hərbi qüvvələrinin admiralı Mayk Müllen Çini müttəfiqi Şimali Koreyanı cilovlamamaqda ittiham edib. Admiral deyib ki, Çinin bu ölkə üzərindəki nüfuzu heç bir ölkə ilə müqayisə edilə bilməz

ABŞ hərbi qüvvələrinin admiralı Mayk Müllen Çini müttəfiqi Şimali Koreyanı cilovlamamaqda ittiham edib. Admiral deyib ki, Çinin bu ölkə üzərindəki nüfuzu heç bir ölkə ilə müqayisə edilə bilməz, lakin Pekin öz nüfuzundan istifadə etməkdən imtina edir. Mayk Müllen bildirib ki, Çinin Pxenyanın “üzlülüyünə göz yumması” qonşu ölkələrdə Şimali Koreyanın nözbəti addımının nə olacağına dair sual qaldırır. ABŞ-ın Birgə Hərbi Qərargahlar rəisi Müllen bunları Cənubi Koreyanın yüksək rütbəli hərbi zabiti Han Min-koo ilə keçirdiyi mətbuat konfransında deyib. Ötən ay Şimali Koreyanın Cənubun adasına hücumu gərginliklərin artmasına səbəb olub.

XS
SM
MD
LG