Accessibility links

Respublikaçı Mayk Pensin tərcümeyi-halı [Video]


Respublikaçı Mayk Pensin tərcümeyi-halı
please wait

No media source currently available

0:00 0:01:57 0:00

İlk baxışda İndiana ştatının qubernatoru Mayk Pens Nyu-Yorklu Donald Trampa vitse-prezidentlik üçün namizədliyə uyğun görünməyə bilər.

Donald Tramp: “Birləşmiş Ştatların növbəti vitse-prezidenti qubernator Mayk Pens…”

O, Amerikanın orta-qərb ştatındandır və mühafizəkar xarakterə sahibdir.

Mayk Pens: “Məni tanıyan insanlar mənim sadə insan olduğumu bilir. Mən xristiyanam və mühafizəkaram. Digər sözlə desək Respublikaçıyam.”

Bu dəyərlərə Pens anadan olduğu ştatdan sahibdir.

Randi Deklin: “Yaxşı insanlar heç kimin görmədiyi vaxt yaxşı iş görürlər. Bu, ölkənin İndiana kimi orta ştatlarına mənsub insanların xüsusiyyətidir.”

1990-cı illərdə Pens mühafizəkar veriliş aparırdı. O, Randi DiKlinlə özünün gələcək ümidləri və dövlət xidmətlərindən danışmışdı.

Randi DiKlin: “Onun dedikləri çox müsbət, ruhlandırıcı idi.”

Pol Rayan: “O, əqidə insanıdır. Siz ona inana bilərsiz. O, ürəkdən danışır. Mühafizəkarların, Amerikanın ürəyindən.”

O, Vaşinqtonda təcrübə qazanıb. Lakin insanların probleminin həllini təkcə hökumətdə görmür.

Mayk Pens: “Biz bir qism intellektual insanın uzaqdan bizim həyatımızı planlaşdırmasından və bizim bu plana görə hərəkət etməyimizdən yorulmuşuq.”

2012-ci ildə İndianaya qayıdan Pens qubernator olaraq fəaliyyətə başlayıb. Vəzifədə olduğu müddətdə abort qalmaqalı, dini və homeseksual hüquqlar arasındakı münaqişələrlə üzləşib.

Mayk Pens: “Bu qanun sahibkarlara kiməsə xidmət göstərməmək hüququ vermir.”

DiKlin bildirir ki, Pensin şəxsi dəyərləri çox mühümdür.

Randi DiKlin: “Düşünürəm ki, o, cəsarətli, strateji liderdir.”

Pensin keyfiyyətlərinin noyabr seçkilərinə təsir edəcəyi ümid edilir.

XS
SM
MD
LG