Accessibility links

Donald Trampın vitse-prezidentliyə namizədi Mayk Pens [Video]


İlk baxışda İndiana qubernatoru Mayk Pens Nyu-yorklu Donald Tramp üçün uyğun siyasi partnyor kimi görünməyə bilər. O daha çox Amerikanın mərkəz bölgələrinin dəyərlərinə və Vaşqinton təcrübəsinə malik bir siyasətçidir.

Maykl Pens ABŞ-ın mərkəzi ştatlarını təmsil edən mühafizəkar düşüncəli bir insandır.

Biz uzaq Kapitolidə kiçik sayda intelektualların bizim həyatlarımızı bizdən daha yaxşı planlaşdıra biləcəklərini eşitməkdən bezmişik

“Məni yaxşı tanıyan insanlar bilir ki, mən çox sadə bir insanam- xrisitian, mühafizəkar və respublikaçı. Eynilə bu ardıcılıqda,” deyə o bildirir.

Pensin bu dəyərləri onun gəldiyi ştatla bağlıdır.

“Yaxşı insanlar yaxşılıqları heç kəs onları görməyəndə edir. Bu isə İndiana kimi ölkənin mərkəzi ştatlarından olan insanlara aid bir xüsusiyyətdir,” deyə qlobal konsaltinq şirkətinin əməkdaşı Randi Deklin bildirir.

Pens 1990-cı illərdə mühafizəkar tokşou aparıcısı olduğu zaman ölkənin gələcəyi və hökümətin insanlara xidməti ilə bağlı Randi DeKlinlə söhbət etmişdi.

“Onun çatdırmaq istədiyi olduqca mühüm mesaj çox müsbət, nikbin və ruhlandırıcı idi,” Randi deyir.

“O, imana sahib olan insandır. O, əqidəsinə sadiq adamdır. O, etibara layiq insandır. O, mühafizəkar hərəkatın özəyini, Amerikanın ürəyini təmsil edir.”

İki dəfə Konqres uğrunda iki uğursuz kampaniya aparan Pens daha sonra 2000-ci ildə İndiana ştatının Konqresdəki nümayəndəsi seçilib.

Mayk Pens Vaşinqtonda təcrübə qazansa da, höküməti insanların problemlərinə yeganə çarə olaraq görmür.

O deyir ki, “biz uzaq Kapitolidə kiçik sayda intelektualların bizim həyatlarımızı bizdən daha yaxşı planlaşdıra biləcəklərini eşitməkdən bezmişik.”

Mayk Pens 2012-ci ildə İndianaya qubernator kimi döndü və orada abort məsələri ətrafında mübahisələr, eləcə də geylərin haqları və din azadlığı ilə bağlı münaqişənin yaranmasına səbəb oldu.

Partiyanın Donald Trampla bağlı şübhələri olan mühafizəkar qolu Pensə güvənə biləcəyini bilir. O, təcrübəlidir – Konqresdə işləyib, İndiananın qubernatoru olub. Yəni Tramp seçilsə, fikrimcə, administrasiyanın adından Konqres üzvləri ilə Pens əlaqə saxlaya bilər.

Mayk Pensin bir çox baxımdan Trampdan tamamilə fərqli şəxsiyyətinə baxmayaraq, onun güclü inancları Trampın seçki kampaniyasına balans gətirir.

“Partiyanın Donald Trampla bağlı şübhələri olan mühafizəkar qolu Pensə güvənə biləcəyini bilir. O, təcrübəlidir – Konqresdə işləyib, İndiananın qubernatoru olub. Yəni Tramp seçilsə, fikrimcə, administrasiyanın adından Konqres üzvləri ilə Pens əlaqə saxlaya bilər,” deyə Corc Vaşinqton Universitetinin təhlilçisi Qari Nordlinger bildirir.

Ancaq Randi DeKlin deyir ki, Pensin şəxsi dəyərləri daha vacibdir.

“Məncə, o, cəsarətli, dünyagörüşü olan, strateji baxımdan lider olmaq üçün lazımı keyfiyyətlərə malikdir.”

Mayk Pens isə ümid edir ki, bu keyfiyyətlər noyabr ayında seçiciləri onlara səs verməyə cəlb edə biləcək.

XS
SM
MD
LG