Accessibility links

Senat Trampın CIA direktoru vəzifəsinə namizədini təsdiqləyib


ABŞ Senatı prezident Trampın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru vəzifəsinə nominasiya etdiyi respublikaçı konqresmen Mayk Pompeonun namizədliyini təsdiq edib.

66 lehinə, 32 əleyhinə səs fərqi ilə təsdiq edildikdən sonra Pompeo müdafiə naziri Con Mattis və Milli Təhlükəsizlik naziri Con Kelli kimi Tramp adminstrasiyasına daxil oldu.

Pompeo Mərkəzi Kəşfiyyat Agentliyinin incəliklərini dərindən anlayır və onun fəaliyyətinin Amerika xalqı üçün dəyərini dərk edir,

Daha öncə Pompeo “genişləndirilmiş dindirmə üsulları”na son qoyduğuna görə Obama administrasiyasını qınayırdı. Amma ötən həftə namizədliyinin təsdiqi ilə bağlı dinləmədə, o, məhbuslara rəftarla bağlı ABŞ qanunlarına əməl edəcəyinə söz verib.

"Mən Konqresin elə bir üzvünün tanımıram ki, dünya boyu ondan daha çox səyahət etmiş, CIA-də ondan daha çox vaxt keçirmiş olsun. O, bu agenlitiyin incəliklərini dərindən anlayır və onun fəaliyyətinin Amerika xalqı üçün dəyərini dərk edir," deyə Respublikaçı Senator Riçard Burr bildirib.

“Mənimlə konqresmen Pompeo arasında müəyyən fikir ayrılıqlarının olmasına baxmayaraq, inanıram ki, o, CIA-in effektiv lideri ola bilər," Demokrat Senator Mark Uorner qeyd edib.

Reks Tillerson, Prezident Trampın Dövlət Katibi vəzifəsinə namizədi
Reks Tillerson, Prezident Trampın Dövlət Katibi vəzifəsinə namizədi

Bu arada, Senatın Xarici Əlaqələr Komitəsi prezident Trampın dövlət katibi vəzifəsinə nominasiya etdiyi Reks Tillersonun namizədliyini təsdiqləyib. Tillersonun ExxonMobil şirkətinin rəhbəri olması partiyalar arasında onun Amerikanın ən yüksək səviyyəil diplomatı vəzifəsinə düzgün seçim olub-olmadığı ilə bağlı fikir ayrılıqları yaratmışdı.

Komitədə səsvermənin nəticəsi ilə bağlı qeyri-müəyyənlik ilk gündən Tillersonla bağlı ciddi tərəddüdünü ifadə edən yeganə respublikaçı senator Marko Rubionun son anda namizədi dəstəkləyəcəyini bildirməsi ilə aradan qalxıb.

Tillersonun namizədliyinin təsdiqi ilə bağlı son səverməsinin bu həftə Senatda keçiriləcəyi gözlənilir.

XS
SM
MD
LG