Accessibility links

Missuri ştatının Ferguson şəhərinin küçələrində 11 gün davamlı nümayişlərdən sonra ötən gecə nisbətən sakit keçib.

Polis cəmi altı nəfəri həbs edib. Bu rəqəm bir gün əvvəl həbs edilənlərin sayından 40 nəfər azdır.

Polis zabiti kapitan Ron Conson deyib ki, rəsmilər az sayda insident qeydə alıb. Molotov kokteyli yaxud gözyaşardıcı qazdan istifadə qeydə alınmayıb.

Kapitan polisin silah müsadirə etmədiyini bildirib.

Nümayişçilər avqustun 9-da 18 yaşlı Maykl Braunun güllələnməsindən bəri davamlı şəkildə etiraz aksiyaları keçirir.

Çərşənbə günü ABŞ prokuroru general Erik Holder Ferqusonda icma liderləri və şəhər sakinləri ilə görüşündə prosesin araşdırılmasına ən təcrübəli agentlərin və müstəntiqlərin cəlb edildiyini bildirib.

Holder Maykl Braunun valideyinləri ilə də görüşüb və onlara övladlarının ölümünə dair istintaqın ədalətli aparılacağını vəd edib.

Digər xəbərdə ABŞ Milli Təhlükəsizlik İdarəsi bir fəal qrupun Braunun ölümünə etiraz olaraq ölkə boyu etiraz aksiyaları keçirmək planlarına diqqəti çəkən bülleten çıxarıb.

Qrup bu gün “Qəzəb Günü” adı altında ölkə boyu etiraz aksiyasına çağırıb.

Bülletendə nümayişlərin zorakılıqla davam edib-etməyəcəyi məlum olmadığı deyilir. Lakin Ferqusonda ötən nümayişlər zorakılıqlarla nəticələnib.

XS
SM
MD
LG