Accessibility links

Maykl Çeçire: Rusiya və Türkiyə arasında gərginlik Azərbaycan üçün təhlükəsizlik baxımından ən ciddi dilemmadır


Maykl Çeçire ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:02 0:00

Türkiyə və Rusiya arasında noyabrın 24-də Suriya ilə sərhəddə Rusiya təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra münasibətlərdə gərginlik davam edir. Moskva və Ankara arasında soyuq müharibə dövrünün tonuna bənzər söz müharibəsi fonunda hər iki ölkə ilə yaxın münasibətləri olan Azərbaycan vəziyyətin düzəlməsi üçün öz yardımını təklif edib. Vaşinqtonda Xarici Siyasət İnstitutunun təhliçisi Maykl Çeçire Amerikanın Səsinə müsahibədə Rusiya və Türkiyə arasında gərginliyin hər iki ölkə ilə yaxın və dost münasibətlərə malik Azərbaycana mümkün təsirlərini şərh edib.

Dilşad Əliyarlı: Bu günlər Türkiyənin yüksək səviyyəli rəsmiləri, o cümlədən, Türkiyənin Baş naziri Əhməd Dauvdoğlu Azərbaycan liderlərilə yüksək səviyyədə danışıqlar aparmaq üçün Azərbaycana səfər edib. Bu, Rusiya və Türkiyə arasında son gərginliklərlə nə dərəcədə əlaqədardır və siz hansı məsələlərin müzakirə edildiyini düşünrüsünüz?

Maykl Çeçire: Türkiyə rəsmilərinin Azərbaycana səfərləri qeyri-adi hal deyil. Amma hazırkı səfərlərin Rusiya-Türkiyə münasibətlərində gərginliklə nə dərəcədə bağlı demək olduğunu çətindir. Vaxt baxmından əlbətti ki, Türkiyə və Azərbaycan rəsmilərilə arasında danışıqların diqqət mərkəzində təbii ki Türkiyə və Rusiya arasında münasibətlərdə gərginlik məsələsinin olduğunu demək olar. Hətta bu görüşlər əvvəlcədən planlaşdırılmış olsaydı belə, bu məsələnin gündəmdə əsas məsələlərdən biri olacağını gözləmək olardı. Azərbaycanın getdikdə daha çox ənənəvi müttəfiqi olan Türkiyə və regionda güclü nüfuza və Dağlıq Qarabağ münaqişəsinə təsir baxımından gücə malik Rusiya arasında qaldığı müşahidə edilir. Mənim fikrimcə, Türkiyə bir tərəfdən Azərbaycanla münasibətlərin onlar üçün əhəmiyyətini vurğulayır, başqa tərəfdən də Azərbaycanın bu müttəfiqlik münasibətlərində qaldığına da əmin olmaq istəyir. Türkiyə belə görünür, Azərbaycan tərəfin regionda gələcəyi ilə bağlı qərarlar verməsini görmək istəyir.

"Türkiyə bir tərəfdən Azərbaycanla münasibətlərin onlar üçün əhəmiyyətini vurğulayır, başqa tərəfdən də Azərbaycanın bu müttəfiqlik münasibətlərində qaldığına da əmin olmaq istəyir" Maykl Çeçire

Sual: Azərbaycan Türkiyənin regionda ən yaxın müttəfiqidir. Başqa tərəfdən, Azərbaycanın Rusiya ilə də yaxın münasibətləri mövcuddur. İki qonşu ölkə arasında gərginlik Bakı üçün nə dərəcədə ciddi problemdir?

Cavab: Fikrimcə, bu, Azərbaycan üçün təhlükəsizlik və geo-siyasi baxımdan çox ciddi bir dilemmadır. Amma bu problemin davamlılığından daha çox onun prinsipal cəhəti önəmlidir, yəni bir tərəfdə Rusiya, o biri tərəfdə isə Türkiyə. Hazırda Rusiya və Türkiyə arasında gərginlik Azərbaycanla bağlı deyil. Azərbaycan bu gərginliyin hansı istiqamətdə gedəcəyi ilə bağlı fəaliyyət göstərməməlidir. Azərbaycan Türkiyə ilə müdafiə sahəsində müqavilə bağlayıb. Bu, müəyyən mənada Türkiyənin Azərbaycanla bağlı ən güclü kartıdır. O biri tərəfdən isə Rusiyanın Ermənistan üzərində nüfuzu və Dağlıq Qarabağ probleminə təsirinə görə Rusiya Azərbaycan üçün çətinliklər yarada bilər, ya da problemləri asanlaşdıra bilər. Son bir neçə il Moskva tərəfindən Azərbaycanın mövqeyinin təmin edilməsi istiqamətində hərəkət müşahidə edilirdi. Bunun məkrli bir hiylə, ya da yekun danışıqlar istiqamətində həqiqi addım olub-olmaması ilə bağlı suallar yarana bilər. Bakıda və elə regionun özündə də insanlarda tərəddüdün əsas səbəbi bununla izah edilir.

"Rusiya Dağlıq Qarabağda vəziyyətə təsir göstərə bilər və mənə elə gəlir ki, bu, Azərbaycan üçün dilemmada əsas məsələdir" Maykl Çeçire

Sual: Bəzi müşahidəçilərin fikrincə, Rusiya Cənubi Qafqazda Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə edir və xüsusilə də Azərbaycana qarşı. Rusiya və Türkiyə arasında gərginliyin nəticəsi olaraq münaqişənin yenidən başlaya bilməsi mümkündürmü?

Cavab: Münaqişənin hər zaman yenidən qızışa bilməsi təhlükəsi mövcuddur. Keçən yay ayları və əvvəlki illərdə toqquşmaların baş verdiyini gördük və döyüşlərin yenidən başlaması üçün kiçik bir qığılcım kifayətdir. Türkiyə və Rusiya arasında gərginliyin buna səbəb olacağını düşünmürəm. Rusiya Dağlıq Qarabağda vəziyyətə təsir göstərə bilər və mənə elə gəlir ki, bu, Azərbaycan üçün dilemmada əsas məsələdir. Çünki bir tərəfdən, Türkiyə müdafiə sahəsində müqaviləyə görə bir çox cəhətdən təhlükəsizlik qarantıdır. Türkiyə güclü silahlı qüvvələrə malik bir ölkədir. Eyni zamanda, Rusiya da regionda hegemeonluq baxımından güclü ölkədir və Dağlıq Qarabağ məsələsində öz maraqları var, Ermənistanla müttəfiqlik münasibətlərinə malikdir. Və Rusiya Azərbaycan üçün çətinlik yarada, ya da problemləri asanlaşdıra bilər. Son bir neçə ildə Rusiyanın məsələləri asanlaşdırmaq istədiyinə bəzi işarələr görmüşük və Rusiya ilə Azərbaycanın münasibətləri daha da yaxşılaşıb. Məsələ bunun yekun sülhə, münaqişənin yekun həllinə gətirib çıxarması, ya da onları Avrasiya alyansına qoşmaq və hər iki ölkə üçün böyük əhəmiyyəti olan Türkiyə ilə alyansdan uzaqlaşdırmaq səylərinin bir hissəsi olub-olmamasındadır.

Sual: Azərbaycan Rusiya və Türkiyə arasında vasitəçilik etməyi təklif edib. Bakı hazırkı şəraitdə sülh yaratmaq üçün nə təklif edə bilər?

"İqtisadi baxımdan Azərbaycan üçün bu toqquşmada ən böyük problem gələcək inkişaf layihələrində imkanlar ola bilər" Maykl Çeçire

Cavab: Bakı hər iki ölkə ilə dost münasibətlərə malikdir. Hər iki ölkə ilə münasibətlərin dostluq səviyyəsində saxlanması Bakı üçün əhəmiyyətlidir və Bakının bir tərəfdən Ankara, bir tərəfdən də Moskva ilə birbaşa əlaqəsi var. Buna görə də Bakı bu prosesdə bütünlüklə maraqlıdır. Amma Bakının nə təklif edəcəyi aydın deyil. Rusiya və Türkiyə arasında gərginliklər bəzilərinin fikrincə, Azərbaycanın maraqları əhatəsinə daxil deyil. Azərbaycan bu son gərginliyin mənbəyi olan, onun əsasında duran problemdən kənardır. Daha geniş geo-siyasi mənada deyərdim ki, Türkiyənin son illər iqtisadi və hərbi cəhətdən inkişafı, başqa tərəfdən də Rusiyanın güclənməsi ilə bu iki güclü dövlət arasında toqquşmaya gətirib çıxarmasını müəyyən mənada şərtləndirirdi. Azərbaycanın bu iki ölkəni bir araya necə gətirəcəyinə gəldikdə, Azərbaycanın öz maraqlarından kənarda nəsə edə biləcəyinə əmin deyiləm. İndiki məqamda Azərbaycan hökumətinin “bizim belə maraqlarımız var və biz bu iki ölkəni bir araya gətirmək üçün əlimizdən gələni etmək istəyirik” deməsi əsas məsələdir. Amma bu kifayətdir, ya yox, buna əmin deyiləm.

Sual: Azərbaycan Rusiya və Türkiyə arasında mühüm ticarət dəhlizi hesab edilir və hər iki ölkə ilə yaxşı münasibətlərdən bəhrələnir. Rusiya və Türkiyə arasında gərginliklərin Azərbaycan üçün hansı iqtisadi nəticələri ola bilər?

Cavab: İqtisadi baxımdan Azərbaycan üçün bu toqquşmada ən böyük problem gələcək inkişaf layihələrində imkanlar ola bilər. Təbii ki burada enerji faktoru, ticarət, istehsal kimi faktorlar var. Xəzər və Qafqaz dəhlizinin gələcək imkanlarına gəldikdə, payızda sanksiyalar aradan qaldırıldıqdan sonra İranla ticarət bərpa edilsə, Çinlə yeni İpək Yolu layihəsi gerçəkləşsə, bir çox təhlilçi və hökumət rəsmilərinin ümid etdiyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti istehsala başlayıb inkişaf etdirilsə, bütün bunlar Azərbaycan və bütün region üçün oyunu dəyişdirə biləcək imkanlardır. Əgər Türkiyə, ya da Rusiya Azərbaycanın bu layihələrinin bir hissəsi olmasını istəməsə, bu, ticarət imkanlarının azalması demək olacaq. Fikrimcə, gələcəkdə iqtisadi və ticari baxımdan ən böyük təsirlər bunlardan ibarətdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG