Accessibility links

Fanatları Maykl Ceksonun ad gününü yad edir


Bu gün dünya şöhrətli pop ulduzu Maykl Ceksonun ad günüdür. 1958-ci iluin avqust ayının 29-da Luiziana ştatının Qari şəhərində dünyaya gələn Cekson musiqi dünyasına uşaq ikən qoşulub.

Onun atası Cozef Cekson 1960-ci illərdə istedadlı oğullarından ibarət ailə ansamblı yaradıb. Maykl böyük qardaşları ilə bərabər hələ 5 yaşında ikən ifaçılığa başlayıb. Ən çox albomu satılan bir müğənni kimi Maykl Ceksonun adı 13 dəfə Ginnes rekodlar kitabına salınıb.

Maykl Ceksonun vəfatından illər ötsə də, pop kralı hələ də yüksək gəlirə malikdir. Cekson iki il ərzində Forbes jurnalının zənginlər siyahısında ön sıralarda yer alıb. Ceksonun albomlarının satışı mərhuma 500 milyon dollar qazandırıb.

Pop ulduzu 2009-cu il iyun ayının 25-də vəfat edib. İstintaq tibbi ekspertiza nəticəsində 50 yaşlı Ceksonun güclü ağrıkəsici dərmanlar qəbul etdiyinə görə vəfat etdiyini bildirib. Pop kralı Los-Ancelesin "Forest Lawn" qəbiristanlığında dəfn edilib.


Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG