Accessibility links

Ceksonlar ailəsi yenə məhkəmə qalmaqalında


Cekson qardaşlarının AEG Live şirkətinə qarşı 40 milyard dollarlıq məhkəməsi barədə yeni xəbərlər yayılmaqdadır.

Deyilənə görə Maykl Ceksonun anası Katerin Cekson vəsatət qaldıraraq Maykl Ceksonun ölüm işini aparan hakimdən mərhumun uşaqları Prins, Paris və Blanketə atalıq barədə sübutları məhkəmə prosesindən çıxarmağı xahiş edib.

TMZ-yə istinadən qanuni sənədlərdə məhkəmənin uşaqların kimdən doğulduğu barədə dəlillərə baxmasının yersiz və AEG-nin uşaqların bioloji valideyinləri haqda məlumatı araşdırmağa heç bir ixtiyarı olmadığı deyilir. Deyilənə görə Mayklın keçmiş həyat yoldaşı Debbi Rov Prinslə Parisin anasıdır. Lakin Blanketi surroqat ana həyata gətirib. Ceksonlar ailəsi maliyyə problemi yaşadıqları barədə dəlillərin də prosesdən kənarlaşdırlıacağına ümüd edir. Hakim hələlik vəsatətlə bağlı qərar çıxarmayıb. Məhkəmə aprel ayının 2-nə nəzərdə tutulub.
XS
SM
MD
LG