Accessibility links

Maykl Felbs sonuncu qızıl medalla karyerasını bitirir


Maykl Felps Rio de Janeyroda Yay Olimpiya Oyunlarında medalla təltif edilmə mərasimində Amerika bayrağını tutub
Maykl Felps Rio de Janeyroda Yay Olimpiya Oyunlarında medalla təltif edilmə mərasimində Amerika bayrağını tutub

Amerikalı üzgüçü Maykl Felbs Rio de Janeyroda Yay Olimpiya Oyunlarında 23-cü Olimpiya qızılını qazanıb. Rio Olimpiadasında 5-ci qızıl medalı alan Felbs bununla karyerasına son qoyacağını deyib. Felbs Olimpiadalar tarixində ən çox medal alan idmançıdır.

Felbs brass üsulu ilə 4 dəfə 100 metrlik məsafəyə estafet yarışlarında Amerika komandasına qızıl medal qazandırdı.

Rio de Janeyroda Yay Olimpiya Oyunları-ABŞ-ın üzgüçülük idmanı üzrə komandası
Rio de Janeyroda Yay Olimpiya Oyunları-ABŞ-ın üzgüçülük idmanı üzrə komandası

Amerikanın üzgüçülük komandasının ulduzu olan Maykl Felbs bunun karyerasında son medal olacağı mövzusu ilə bağlı açıqlamalar verib. O, karyerasını məhz bu şəkildə-ölkəsini təmsil edərək bitirmək istədiyini deyib.
İdmançı 3 aylıq oğlu və nişanlısı ilə daha çox vaxt keçirmək istədiyini və Olimpiadanın bitməsindən sonra nişanlısı Nikol Consonla evlənmək planları olduğunu bildirib.

2012-ci ildə London Olimpiadasından sonra idmanı tərk edəcəyini deməsinə baxmayaraq, Maykl Felbs bir il sonra yenidən böyük idmana qayıtmaq qərarı vermişdi.

Lakin Londondan Rio de Janyeroya gedən yolda Felbs çətinliklərlə də qarşılaşıb, içkili olduğuna görə həbs edilib, ailəsində bir sıra problemlər yaşanıb. Amma böyük idmançı bu uğursuzuqları həyatında dönüş nöqtəsi kimi dəyərləndirə və Rio Olimpiadasının zirvəsinə yüksələ bilmişdir.

Maykl Felbs 4 dəfə 100 metrə estafet yarışlarının nəticələrinə reaksiya verən zaman
Maykl Felbs 4 dəfə 100 metrə estafet yarışlarının nəticələrinə reaksiya verən zaman

2016-cı il Olimpiadası Maykl Felbs üçün əvvəlki yarışlardan daha fərqli şəraitdə keçib. Şərhçilər artıq ata olmuş və dünyanın ən yüksək titullarını daşıyan idmançının Rio Oyunlarında daha az gərgin göründüyünü və yarışlardan böyük zövq aldığını qeyd edirlər.

Maykl Felbsin üzgüçülük idmanında erası bununla bitir. Onun böyük idmanda irsindən danışan müşahidəçilər, Flebsin dünyanın bir sıra ölkələrində gənc idmançılar üçün böyük ilham mənbəyi olduğunu qeyd edirlər. İdman şərhçilərinin sözlərinə görə, Felbs üzgüçülük idmanını dəyişdirmiş, onu zənginləşdirmişdir.

Rio de Janeyroda Amerika Olimpiya yığması Yay Olimpya Oyunlarında 1000-ci qızıl medalını qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG