Accessibility links

Ameikalı üzgüçü Maykl Felps üçün Rio Olimpiya Oyunları rekordları qıran karyerasını istədiyi kimi bitirmək şansı deməkdir.

Çərşənbə günü o, ABŞ Olimpiya sınaq yarışlarında 200 metrlik "kəpənək" stilində qalib gələrək Olimpiya Oyunlarına gedəcək ilk amerikalı kişi üzgücü titulunu qazanıb.

31 yaşlı Felps karyerası dövründə 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qazandığı 8 medalla birlikdə toplam 18 qızıl Olimpiya medalı qazanıb.

Ancaq Felpsin 2012-ci il Olimpiya Oyunları zamanı Londonda içkili vəziyyətdə maşın sürərkən polis tərəfindən saxlanılması onun imicinə xələl gətirib.

Bu hadisədən sonra Felps üzgüçülüyə ara verərək, reabilitasiya proqramına qoşulub. İndi formaya qayıdan üzgüçü Rio Oyunlarında iştirak edəcək.

Olimpiya Oyunlarında qazandığı qızıl medallardan əlavə o üç dünya rekordu tituluna sahibdir və sonuncu rekordu 2009-cu ilin avqustunda qazanıb.

XS
SM
MD
LG