Accessibility links

Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinn vəzifəsindən istefa verib


ABŞ milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn Tramp administrasiyasının rəsmilərinə Rusiya ilə əlaqələri barədə yanlış informasiya verməsi haqda mətbuatda məlumatlardan sonra vəzifəsindən istefa verib.

İstefa məktubunda Flinn o zaman vitse prezident seçilmiş Mayk Pens və başqalarına Rusiyanın ABŞ-dakı səfiri ilə telefon danışıqları barədə təsadüfən natamam məlumat verdiyini yazıb.

Keçən həftənin cümə günü Washington Post New York Times qəzetlərində çıxan məqalələrdə Flinnin Rusiya səfiri Sergey Kislyakla Moskvanın ötən ilin noyabrında keçirilən prezident seçkilərinə müdaxilə etməsinə cavab olaraq Obama administrasiyası tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini müzakirə etdiyi bildirilib.

Tramp administrasiyası müzakirələrin mövzunu əhatə etdiyi barədə məlumatı inkar edib.

Lakin Washington Post qəzetinin bazar ertəsi verdiyi məlumata görə, Ədliyyə Nazirliyi Flinnin danışıqlarının onu etibardan sala biləcək vəziyyətdə qoya bilməsinin mümkünlüyü barədə administrasiyaya xəbərdarlıq edib.

Prezident Donald Tramp təqaüddə olan ordu generalı Keyt Kelloqu müvəqqəti olaraq Flinnin yerinə təyin edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG