Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri Makfol: Biz soyuq müharibə dövrünə qayıtmaq istəmirik(VİDEO)

  • Amerikanın səsi

ABŞ-ın Rusiyadakı yeni səfiri Maykl Makfol uzun zamandır Rusiyada demokratiyanın inkişafı, Moskva və Vaşinqton arasında əməkdaşlığa dəstək verib. İki ay əvvəl Moskvada vəzifəsinin icrasına başlayan səfir Amerika əleyhinə əhval-ruhiyyənin çox güclü olduğu bir vəziyyətlə qarşılaşmışdır.

Baş nazir Vladimir Putinin Rusiya prezidenti seçilmək uğrunda mübarizə apradığı bir şəraitdə onun tərəfdarları Amerika səfirini Putin əleyhinə küçə nümayişlərini dəstəkləməkdə günahlandırırdı. Martın 4-ü prezident seçkisində cənab Putin asanlıqla qələbə əldə etmişdir.

Amerikanın səsinin Moskvadakı müxbiri Ceyms Bruks səfir Maykl Maskfolla ABŞ-Rusiya münasibətlərinin bugünkü durumu, raket əleyihə müdafiə sistemi, Rusiyada vətəndaş cəmiyyəti quruculuğu və başqa məsələləri müzakirə edib.]

ABŞ-Rusiya münasibətlərinin keçmişi və gələcəyi haqda

Fevral ayında 1933-cü ildən Amerika səfirlərinin Moskvadakı iqamətgahı olan Spaso evinə gələn Maykl Makfol soyuq müharibə dövrünün qayıtdığı kimi bir hiss keçirdiyini deyir.

Maykl Makfol: “Amerika əleyhinə bu dərəcədə əhval-ruhiyyənin olması təəccüblü idi, çünki biz düşünürdük ki, fərqli münasibətlər qururuq. Biz o dövrün arxada qaldığını düşünürdük, buna görə də bəzi insanlar çox tez bir vaxt ərzində həmin o dövrə qayıda biləcəyimizdən narahadır.”

Səfir Makfol Vladimir Putinin prezident seçilməsindən sonra ABŞ-Rusiya münasibətlərinin gələcəyini şərh edərək deyib ki, Birləşmiş Ştatlar hər iki ölkənin maraqlarına daxil olan məsələlərdə həqiqi əməkdaşlıq istəyini açıq ifadə edib.

Maykl Makfol:”Biz soyuq müharibə dövrünə və acı mübahisələrə qayıtmaq istəmirik. Bu, Amerikanın maraqlarına xidmət etmir. Rusiya hökumətinin rəsmiləri mənə və bizim hökumətdə yüksək səviyyəli rəsmilərə eyni fikri bölüşdüklərini və davamlı münasibətlərin olmasını istədiklərini bildiriblər. Gələn həftələr və aylar bu açıqlamalar üçün sınaq dövrü olacaq və biz ümumi maraqlarımızı təmsil edən məsələlərdə əməkdaşlığı bərpa edə bilib-bilməyəcəyimizi görəcəyik.”

Vaşinqton və Moskva arasında münasibətlərə Vaşinqtondan baxış

Səfir Makfol Moskvada İnternetdə video hücumlar, Amerika səfirliyinin qarşısında nümayişlər, Putin tərəfdarlarının Amerika səfirinə qarşı küçə nümayişlərini dəstəkləmək haqda ittihamları iləl qarşılanmışdı. Martın 4-ü prezident seçkisindən sonra səfir Makfol məsləhətləşmələr üçün Vaşinqtona gəlmiş və vitse-prezidenti Co Baydenlə görüşmüşdür. Vitse-prezident səfirə götürülən kursdan dönməmək haqda mesaj vermişdir.

Maykl Makfol:”Bərk dayanın, Makfol”-deyə vitse-prezident Bayden mənə dedi. O məni Makfol kimi çağırmağı xoşlayır. Siz bizim siyasi kursu davam etdirirsiniz. Bu da həm hökumət, həm də Rusiya ictimaiyyəti ilə əlaqələr yaratmaqdan ibarətdir.”

Raket əleyhinə müdafiə planları və Rusiyanın narahatlıqları

ABŞ prezidenti Barak Obama və may ayına qədər Rusiya prezidenti vəzifəsini icra edən Dmitri Medvedev arasında bazar ertəsi Cənubi Koreyada nüvə təhlükəsizliyinə dair sammitdə görüş ilk belə sınaq hesab edilir. Moskvanı tərk etməzdən əvvəl cənab Medvedev ABŞ-ın Şərqi Avropada raket əleyhinə müdafiə sistemi qurmaq planlarını bir daha tənqid etmişdir.

Maykl Makfol:”Raket əleyihnə müdafiə planı başlıca problem olaraq qalır. Biz Rusiya hökumət rəsmilərinin bu sistemin nə edə biləcəyi və nələri edə bilməcəyini başa düşməsinə kömək etmək üçün daha çox iş görməliyik. Özü də söhbət bü gün mövcud sistem deyil, hələ yaradılmamış bir sistem haqda gedir. Moskvada raketlər haqda müzakirələrin qızışmasına əsas səbəb SM-3 Block 2B raketidir, o da hələ yalnız kağız üzərindədir. Belə bir raket yoxdur. Ona görə də mən raket əleyhinə müdafiə planı ilə bağlı bizim milli maraqlarımız və Rusiyanın milli maraqları arasında ziddiyyətin olduğunu düşünmürəm. Amma o da aydındır ki, biz hələ rus həmkalarlarımızı buna əmin edə bilməməşik.”

Obama-Putin dialoqu

ABŞ prezidenti Barak Obama Rusiyada prezident seçilmiş Vladimir Putinlə əlaqələr yaratmalıdır. Cənab Putin əvvəllər Vaşinqtonu dəfələrlə kəskin tənqid edib. Onun prezident seçilməsindən beş gün sonra Amerika prezidenti cənab Putinə zəng edib və ona təbrikini çatdırıb.

Maykl Makfol:”Prezident Obama Rusiya ilə bağlı siyasətini aydın ifadə edib. O artıq üç ildir bu istiqamətdə işləyir və bunu dəyişməyə ehtiyac olmadığını düşünür. Biz prezident Putinlə son üç ildə işlədiyimiz məsələlər üzərində işi davam etdirməyi planlaşdırırıq.”

Rusiyada qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu haqda

Prezidentliyə namizəd kimi Baş nazir Vladimir Putin Vaşinqtonu demokratiya tərəfdarlarının mitinqlərinə dəstək verməkdə və Moskvadakı siyasi müxalifət qruplarını maliyyəşləşdirməkdə ittiham etmişdi.

Səfir Makfol:”Mən tamamilə aydın şəkildə bildirmək istəyirəm ki, bu maliyyənin heç bir hissəsi siyasi təşkilatlara ayrılmayıb. Nə siyasi partiyalar və hərəkatlara, nə də ki nümayişlərin təşkili, siyasi liderlərə. Zənnimcə, bu faktla bağlı Rusiyada səhv düşünürlər. Biz belə bir iş görmürük, bu, bizim siyasətimizdir və biz çox ciddi şəkildə ona əməl edirik. “

Amerika səfiri deyir ki, ABŞ-ın əsas məqsədi Rusiyada vətəndaş cəmiyyəti quruculuğuna kömək etməkdir.

Maykl Makfol:”Qrantlar vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində onun möhkəmləndirilməsi və bütün dünyada cəmiyyətlərin qarşıladığı analar və uşaqların sağlamlığı, insan hüquqlarının müdafiəsi kimi məsələlərin həllinə kömək etmək üçün iş aparan partiya mənsubiyyəti olmayan, müstəqil, qeyri-hökimət təşkilatlarına verilir. Biz hesab edirik ki, sağlam vətəndan cəmiyyətinin mövcudluğu ABŞ və Rusiyanın birgə maraqları sahəsinə daxildir. Təəssüf ki, Rusiyada bu təşkilatlar kifayət qədər yardım almır. Yenə də qyed etmək istəyirəm ki, bu təşkilatlar təkcə Amerika deyil, habelə Britaniya, Fransa, İsveç, Almaniya və Yaponiyadan maliyyə fondlarından yardım almalı olur. Bunun gərginlik yaratması məsələsini qrantı alanlar həll etməlidir. Biz mümkün olduğu dərəcədə şəffaf olmağa çalışırıq. Amerikalı vergi ödəyənlərin hesabına qeyri-hökumət fondlarından yardım alan hər bir təşkilat haqda internetdə məlumat var. Hər bir jurnalist kimin bu yardımı alıb-almadığını müəyyən edə bilər. Biz inanırıq ki, güclü Rusiya dövləti və cəmiyyətinin olması həm Rusiya, həm də ABŞ üçün yaxşıdır. Prezident Obamanın iki il əvvəl dediyi kimi, biz inanırıq ki, bu, Amerikanın milli maraqlarına uyğundur.”

XS
SM
MD
LG