Accessibility links

Daşqında 150-dən çox kənd ciddi zərər çəkib

Noyabrın 12-də İranın Mazandaran əyalətində leysanın doğurduğu daşqında 150-dən çox kənd ciddi zərər çəkib.

“Media forum” saytının məlumatına görə, Mazandaran əyalətinin Çalus, Noşəhr, Amol, Tonekabon və Hiçrud şəhərlərində hündürlüyü 2 metrə çatan su 1500-dən çox evə ziyan vurub. Çalus şəhərinin ətrafındakı 150-dən çox kəndi su basıb.

Mazandaran əyalətinin rəsmisi Hadi Xəncəri jurnalistlərə açıqlamasında bildirib ki, Çalus şəhərində bəzi evlər 30 faizdən 90 faizə qədər zədələnib, ətraf kəndlərdə bir sıra körpülər dağıdılıb, yollar sıradan çıxıb.
XS
SM
MD
LG