Accessibility links

Hüsnü Mübarək sabah azad edilə bilər


Misirin ədliyyə və təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hakimiyyətdən devrildikdən sonra 2 ildən çox həbsxanada saxlanılan sabiq prezident Hüsnü Mübarək sabah azad ediləcək. Cənab Mubarəkin vəkili Fərid Əl-Dib Reuters xəbər agentliyinə sabiq dövlət başçısının cümə axşamı səhər tezdən azad ediləcəyini deyib.

Məhkəmə 85 yaşlı Hüsnü Mübarəkə qarşı hakimiyyətdə olduğu zaman nümayişçilərin öldürülməsinin qarşısını almaması ittihamı üzərində iş aparırdı. Lakin məhkəmə cənab Mübarəkin bundan sonra həbsdə saxlanmasına heç bir hüquqi əsas olmadığını bildirib.

Bu həftənin əvvəlində məhkəmə cənab Mübarək və onun övladlarının xalqa aid pulu prezident sarayından oğurlama ittihamının götürüldüyünü bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG