Accessibility links

Con Makkeyn: Amerikalıların övladlığa uşaq götürməsinə qadağa utandırıcı bir əməldir


ABŞ-ın nüfuzlu respbulikaçı senatoru Con Makkeyn Rusiya prezidenti Vladimir Putin tərəfindən amerikalıların rus uşaqlarını övladlığa götürməsinə qadağa qoyan qanunu imzalaması ilə bağlı kəskin bəyanat verib.

“Prezident Putinin amerikalı ailələrin rus uşaqlarını övladlığa götürməsinə qadağa qoyan qanunu imzalaması utandırıcı və çirkin bir əməldir. Bu qanunun nəticələri dəhşətli və qəsdlidir: minlərlə rus uşaq sevgi dolu ailələrdə böyümək və daha gözəl gələcəyə malik olmaq imkanından məhrum edilir. Məhz bu imkan nəticəsində 1992-ci ildən etibarən 60 min rus uşağın həyatı dəyişmişdir”-deyə Con Makkeyn bəyan edib.

Senator Rusiyada qəbul edilmiş qanunun Konqresdə təsdiq edilmiş “Maqnitski qanunu” ilə hər hansı bir əlaqənin olduğu haqda fikri rədd edib. “Bizim qəbul etdiyimiz qanuna əsasən, korrupsiya və insan hüquqlarının pozulması ilə əlaqədar olan ayrı-ayır Rusiya rəsmilərinin adları göstərib onların cəzalandırılmasını nəzərədə tutur. Rusiya tərəf isə uşaqların övladlığa götürülməsinə qadağa qoyaraq, fərq qoymadan cəmiyyətin ən çox ehtiyacı olan, ən müdaifəsiz və ən günahsız üzvlərini cəzalandırır. Prezident Putininin və Rusiya parlamentinin atdığı bu addımlar “Maqnitski qanunu”nun insan hüquqlarının, eləcə də rusların ləyaqətinin müdafiə edilməsi kimi əsas məqsədini önə çəkərək, bu qanunun qəbul edilməsinin daşıdığını əhəmiyyəti bir daha sübut edir. Mən Rusiya prezidenti Putin hökumətinin bu qədər aşağı enə biləcəyi ilə bağlı özm-özümə sual verirəm. Amma hökumətlərimiz arasında fikir ayrılıqlarına görə günhasız uşaqları cəzalandırmaq Putinin idarə etdiyi Rusiya üçün belə çox aşağı bir səviyyədir”-deyə respublikaçı senator söyləyib.

Con Makkeyn əvvəllər də Rusiya hökumətinin ünvanına tənqidlərlə çıxış edib. Senatorun Şimali Afrika və Yaxın Şərqdə Ərəb baharı adı ilə tanınan xalq hərəkatı zamanı verdiyi açıqlamalar zamanı o, Moskvanın şaxtalı havasının bahaar ab-havası ilə dəyişə biləcəyi haqda açıqlamalar vermişdi. Lakin senator Makkeynin amerikalııların Rusiyadan övladlığa uşaq götürməsinə qadağanın nəzərdə tutulduğu “Dima Yakovlev qanunu”, ya da daha çox “anti-Maqnitski qanunu” ilə bağlı son bəyanatı Rusiya prezidenti Vladimir Putin və onun hökumətinə qarşı ən kəskin və sərt bəyanat hesab edilir.

Senator ailəsində Banqladeşdən övladlığa götürülmüş qız böyüyür. Con Makkeynin 2008-ci ildə rəsmən prezidentliyə namizədliyi irəli sürüldüyü Respublikaçıların qurultayında onun banqladeşli qızı da iştirak etmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG