Accessibility links

Maykl Makfol: “Rüşvət əvəzinə daha münasib idafə işlətməli idim”

  • Amerikanın səsi

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Amerikanın səsinin rus xidmətinə bildirib ki, Rusiya tərəfin Manasda Amerika hərbi bazasının bağlanması üçün Qırğızıstana rüşvət təklif etməsi haqda açıqlama verərkən daha münasib ifadə işlətməli idi.

“Deməliyəm ki, 2009-cu il fevral ayındakı münasibətləri təsvir edərkən “iqtisadi yardım paketi” desəydim daha yaxşı olardı”-deyə səfir Amerikanın səsinin rus xidmətinə göndərdiyi şərhdə bildirib.

İyunun 7-də Rusiyanın kütləvi informasiya vasitələrində səfir Makfolun “rüşvət” ifadəsini səhv adlandırdığına dair məlumatlar verilmişdir.

Maykl Makfol mayın 25-də Moksvada Ali iqtisad məktəbinin tələbələri qarşısında çıxış etdiyi zaman Rusiyanın amerikalıları Manasdan çıxarmaq üçün Qırğızıstana pul təklif etdiyini demişdi. Onun sözlərinə görə, ABŞ da öz növbəsində Qırğızıstana pul təklif etmişdi, lakin onun miqdarı Rusiyanın təklif etdiyindən daha az idi.

XS
SM
MD
LG